Ölkə futbolu
Rəşad Sadıqov: "Çalışdıq ki, bunu hiss etdirməyək"
Bu gün Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunla…
Bu gün Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, son Azərbaycan çempionu “Qarabağ” evdə İngiltərənin "Tottenhem" klubuna 0:1 hesabı ilə uduzub.
Tofiq Bəhramov adına Respublika stadionudakı matçdan sonra açıqlama verən Ağdam klubunun kapitanı Rəşad Sadıqov bu sözləri deyib: “Qarşılaşma bizim üçün çox ağır keçdi. Çoxdandı öz meydanımızda belə çətin oyun olmamışdı. Rəqibin ustalığı göz qabağındadı. Biz əlimizdən gələn qədər mübarizə apardıq. Elə oldu ki, oyunun sonlarında standart vəziyyətdən qol buraxdıq və məğlub olduq. Avropa miqyaslı oyunlarda bu tip komandalara qarşı standart vəziyyətlərdə mübarizə aparamaq çox çətindi. Biz daha çox texnikalı futbola üstünlük veririk, əksər futbolçularımız da balacaboydu. Digər komandalarda isə 15-20 milyonluq oyunçular var”.
Təcrübəli müdafiəçi zədə səbəbindən bu oyunu buraxmalı olan komandanın əsas "qol silahı" Reynaldonun yoxluğunun da oyunlarına mənfi təsir etdiyini bildirib: “Reynaldo kimi bir futbolçunun yoxluğu həmişə hiss olunur. Çalışdıq ki, bunu hiss etdirməyək, ancaq əks hücumlar zamanı xüsusilə yeri görünürdü. Çox az şansımız qalıb. Səfərdə “Anderlext”i 1:0 hesabı ilə məğlub etsək belə, sərf etməyəcək. Çətindi, ağırdı, ancaq sona qədər mübarizə aparacağıq”.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı