Ölkə futbolu
Əfran İsmayılov: "Bu, bir az qeyri-real görünür"
Ötən gün Avropa Liqasının qrup mərhələsində 5-ci turu…
Ötən gün Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, son Azərbaycan çempionu “Qarabağ” evdə İngiltərənin "Tottenhem" klubuna 0:1 hesabı ilə uduzub.
Tofiq Bəhramov adına Respublika stadionudakı matçdan sonra açıqlama verən Ağdam klubunun yarımmüdafiəçisi Əfran İsmayılov bu sözləri deyib:
“Gərgin qarşılaşma oldu. Elə bir komandaya qarşı oynayırdıq ki, çox çətin rəqib idi. Ancaq buna baxmayaraq, öz meydanımızda, azarkeşlərimiz qarşısında maraqlı futbol oynadıq. Nə qədər gücümüz var idisə, meydanda qoyduq. Ancaq standart vəziyyətdən qol buraxdıq. Futbolda belə şeylər olur. Çox istəyirdik, arzulayırdıq ki, qrupdan çıxaq. Düzdü, hələ də kağız üzərində az da olsa, şanslarımız var. Bir az qeyri-real görünür, ancaq yenə əlimizdən gələni edəcəyik ki, ən azından xal ehtiyatımızı artıraq. Oyundankənarı deyə bilmərəm, ancaq rəqibin fərqləndiyi epizod gözümün qabağında oldu. Rəşad topu vurdu, rəqibə dəyib çıxmışdı, ancaq hakim künc nöqtəni göstərdi. Onun da nəticəsi qol oldu”.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar