Premyer-liqa
Şahin Diniyev: "Rəqibdən geri qalmamaq üçün…"
Topaz Premyer Liqasının XIV turunda Gəncədə “İnter”l…
Topaz Premyer Liqasının XIV turunda Gəncədə “İnter”lə qarşılaşacaq “Kəpəz” hazırlığı tamamlayıb. Futbolinfo.az xəbər verir ki, “sarı-göylər” oyun öncəsi son məşqini matçın reallaşacağı arenada keçirib.
Məşqdən sonra komandanın baş məşqçisi Şahin Diniyev klub saytına qarşıdakı görüşlə bağlı fikirlərini bölüşüb: “Bizi çətin oyun gözləyir. Yeni komanda olduğumzdan hər bir matça sonuncu oyun kimi baxırıq. “İnter” turnir cədvəlində bizdən irəlidədir. Rəqibdən geri qalmamaq üçün mütləq qələbə qazanmalıyıq. Amma bu heç də asan olmayacaq. Bakı klubunun təcrübəli yerli futbolçuları və güclü legionerləri var. Liderlər qrupundan ayrılmamaq üçün bütün gücümüzü ortaya qoymalıyıq. Təəssüf ki, yenə itkilərimiz var. Bəxtiyar Soltanov cəza müddətini başa vuraraq sıraya dönübsə, Budaq Nəsirov vərəqə limitini doldurub. Bildiyiniz kimi, Dario Frederiko da zədəlidir, digər zədəlilərimizdən isə Tərlan Quliyev və Kərim Diniyevin vəziyyəti yaxşıdır”.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib