Ölkə futbolu
"Böyük beşlik" yenə əlçatmaz qaldı, yunanlarla 6-cı "sülh"
Avrtopa Liqasının qrup mərhələsində ölkəmizi təmsil edən…
Avrtopa Liqasının qrup mərhələsində ölkəmizi təmsil edən iki klubunuz – "Qarabağ" və "Qəbələ" dünən 5-ci matçlarına çıxdı. Futbolinfo.az xəbər verir ki, həmin oyunlardan sonra bir neçə maraqlı fakt qeydə alınıb.
“Qarabağ”ın “Tottenhem”ə məğlubiyyətindən sonra klublarımızın “böyük beşlik” ölkələrinin (İngiltərə, İspaniya, Almaniya, İtaliya, Fransa) təmsilçilərinə qarşı qələbəsiz oyunlar seriyası 20-ə çatdı. Komandalarımızın bu görüşlərdə ən yaxşı halda 7 dəfə rəqibləri ilə heç-heçəyə imza atıb. “Mahmızlılar”la matçdakı yenilgi Ağdam təmsilçisinin evdə məğlubiyyətsiz oyunlar seriyasına da son qoydu. Qurban Qurbanovun yetirmələri sonuncu dəfə öz meydanında ötən il noyabrın 6-da Ukrayna “Dnepr”inə uduzmuşdu. Həmin görüşdən sonra təmsilçimiz evdə keçirdiyi 6 qarşılaşmada məğlubiyyət üzü görməmişdi.
“Qəbələ” isə yunanlarla heç-heçə seriyasına son qoya bilmədi. Belə ki, indiyədək təmsilçilərimizin avrokuboklarda elladalılara qarşı keçirdiyi 6 görüşün heç birində qalib müəyyən edilməyib. Qeydə alınan nəticə həm də “qırmızı-qaralar”ın qitə yarışlarında 5-ci heç-heçəsidi. Bu bərabərliklərin 4-ü Yunanıstan təmsilçiləri ilə görüşlərdə qeydə alınıb. Səfərdə əldə olunan heç-heçə ölkəmizin klub reytinqinə də töhvə verdi. Bu il avrokuboklarda bizim üçün rekord sayılacaq qədər xal yığan təmsilçilərimiz göstəricini daha da zənginləşdirməkdə davam edir. Hazırda ölkəmizin aktivində 4.375 reytinq xalı var. “Qarabağ” və “Qəbələ”nin qarşıda 1 oyunu qaldığından bu nəticənin daha da yaxşılaşacağını güman etmək olar.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Müsahibə2024-04-29 10:14
“Qalatasaray” rəsmisi: “Azərbaycana layiqli idmançılar yetişdirmək istəyirik”