I Liqa
"Neftçala" 1500 manat ziyana düşdü
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan çempionatının 1-ci divizionunun XI turun oyunları ilə bağlı cəzalar açıqlanıb.
“Neftçala” – “Şahdağ” matçının 36-cı dəqiqəsində azarkeşlərlə polis arasında münaqişə baş verdiyi üçün oyun 5 dəqiqə dayandırılıb. Ev sahibi komandanın cəzalı baş məşqçisi Kamal Quliyev oyunu tribunadan izlədiyi üçün münaqişəni sakitləşdirməyə cəhd edib və nəticəsində onun futbolçuları meydançanı tərk edərək, hadisəyə müdaxilə ediblər. İnsident sakitləşdikdən sonra oyun bərpa olunub və sonadək oynanılıb. Yuxarıda göstərilənləri nəzərə alaraq, İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:
– “Neftçala” klubu meydançanı özbaşına tərk etdyi üçün sonradan meydançaya qayıtmasına və oyuna davam etməsinə baxmayaraq, 1000 manat cərimə olunub.
– Meydan sahibi komanda stadionun təhlükəsizliyi lazımı səviyyədə təmin etmədiyi üçün klub 500 manat cərimə olunub.
“Şərurspor” – “Ağsu” matçının 56-cı dəqiqəsində qonaqlarınfutbolçusu Davud Kərimi sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub. Oyunun fasiləsi zamanı “Ağsu”nun məşqçisi Kənan Bayramov hakimi təhqir etdiyinə görə, 4 oyunluq cəzalanıb, klub 400 manat cərimə olununb.
“Bakılı” – “Mil-Muğan” matçında ev sahibi komandanın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Qaradağ Lökbatan” – “Şəmkir” matçının 60-cı dəqiqəsində qonaqların futbolçusu Cavid Mirzəyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq, meydançanı tərk etdiyi zaman hakimə qarşı fiziki təsir göstərdiyinə görə 5 oyunluq cəzalanıb, klub 500 manat cərimə olunub.
MOİK – “Zaqatala” matçının 85-ci dəqiqəsində ev sahibi komandanın futbolçusu Rəşad Hacızadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var