Ölkə futbolu
Kalonas "Rəvan"ın məşqçisini ifşa etdi
Mövsümün əvvəlində “Rəvan”ın transfer …
Mövsümün əvvəlində “Rəvan”ın transfer etdiyi Mindauqas Kalonas hazırda klubsuzdu. Bu barədə futbolinfo.az saytına verdiyi açıqlamada yarımmüdafiəçinin özü məlumat verib.
Litvalı futbolçu hazırda fərdi qaydada məşq etdiyini bildirməklə yanaşı, ölkəmizdən ayrıldıqdan sonra İsraildəki karyerasının alınmamasına da aydınlıq gətirdi: “Bakıdan ayrılarkən, ideal formada deyildim. Bir qədər İsraildə olduqdan sonra qarşılıqlı şəkildə müqaviləyə xitam verməyi qərara aldıq”.
Fürsətdən istifadə edib, “Rəvan”dakı karyerasının alınmamasının səbəblərini də soruşduq. Təcrübəli futbolçu məşqçi heyəti ilə yola getmədiyini səbəb kimi göstərdi: “Baş məşqçiylə (Emin Quliyev) müəyyən fikir ayrılıqlarımız var idi. Amma əsas problemlər 2-ci məşqçi ilə idi (Rövşən Babayev). Onunla hələ “Simurq”da oynayarkən yola getmirdim. “Rəvan”da davam etdi. Bu klubda cəmi 2 həftə qaldım”.
Kalonas gələcəkdə Azərbaycana qayıtmaq ehtimalından da danışdı: “Gələcəkdə necə olacağını deyə bilmərəm. Hazırda fərdi qaydada məşqlərimi davam etdirirəm və düşünürəm ki, qış “transfer pəncərəsi” açıldıqdan sonra hansısa komandayla anlaşacam. Əlbəttə, Azərbaycandan təkliflər gəlsə, götür-qoy etməyə hazıram”.
Sonda bir zəruri xatırlatmaya ehtiyac duyuruq. “Rəvan”ın məşqçisi Rövşən Babayev saytımızda Kalonasla münaqişə yaşamasına dair yazı dərc olunduqdan sonra redaksiyaya zəng vururaq, xəbərin həqiqəti əks etdirmədiyini söyləməklə yanaşı, səmimiliyinə inanmağımızı istəmişdi. Nəzərə alsaq ki, Babayev bir dəfə də futbolinfo.az saytında meydançaya daxil olaraq, rəqib futbolçunun qol vurmasını əngəllədiyini yazdıqda, etirazını bildirib, səmimi olduğunu söylədikdən sonra həmin anların videosunu yerləşdirərək, əsl həqiqəti üzə çıxarmışdıq, bu, məşqçinin qeyri-səmimiliyinin artıq 2-ci sübutudu. Necə deyərlər, Babyev səmimiyyətə 0:2 məğlub oldu.
CEYHUN ƏLİYEV
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi
- I Liqa2024-05-15 16:12
Məmmədov: “Premyer Liqaya vəsiqə qazanmasaq, bizim üçün faciə sayılacaq”
- Ölkə futbolu2024-05-15 14:39
Premyer Liqanın ən reytinqli futbolçusu: ilk 6 yer “Qarabağ”ın oldu