Ölkə kuboku
"Futbolçularla demişdim ki, "Sumqayıt"la oyun bizim üçün sınaqdı"
Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start veri…
Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start veriləcək. Futbolinfo.az xəbər verir ki, "Sumqayıt" səfərdə 1-ci divizion təmsilçisi "Neftçala"nı 1:0 hesabı ilə məğlub edərək, növbəti mərhələyə vəsiqə qazanıb.
Nəriman Nərimanov adına Neftçala şəhər stadionundakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama qonaq komandanın məşqçisi Vəfadar Quliyev qələbəni belə şərh edib:
“Meydançanın vəziyyəti yaxşı deyildi. Ağır bir oyun oldu. Mən futbolçulara komandanın baş məşqçisi Samir Abasovun adından, eləcə də öz adımdan təşəkkür edirəm, rəqibə isə uğurlar arzu edirəm".
“Neftçala”nın baş məşqçisi Kamal Quliyevisə məğlubiyyəti bu sözlərlə ifadə edib: “Biz bu oyunu səbirsizliklə gözləyirdik. Danışanda Premyer Liqadan dəm vururuq, Premyer Liqada oynamaq istəyirik. Düşünürəm ki, ustalıq səviyyəsinə görə rəqib bizi üstələdi və son dəqiqədə qol vurdular. Komandamı təbrik edirəm, əzmkar oyun sərgilədilər. Mən futbolçularla söhbətdə demişdim ki, “Sumqayıt”la oyun bizim üçün sınaqdır. Bizim əsas məqsədimiz I Divizionun qalibi olmaqdır. Kubok yarışında isə gücümüz çatan qədər mübarizə apardıq. Bundan artığını edə bilməzdik”.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza