Ölkə kuboku
Tərlan Əhmədovun “Tarixi-Nadir”i
Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivə…
Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində Zirə”dən alınan 1:2 hesablı məğlubiyyətdən sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov təzadlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı gah oyunçu qıtlığından gileylənib, gah da kifayət qədər futbolçularının olduğunu deyib.
"CBC Sport" kanalına oyundan sonra müsahibə verən Əhmədov əvvəlcə “bu oyunda 5-6 futbolçumuzun xidmətindən yararlana bilmədik. Amma onları layiqincə əvəzləyə biləcək oyunçularımızın olduğunu bir daha gördük. Futbolçuların sərgilədiyi oyun məni qane etdi”, dedi. Ancaq fikrini davam etdirərkən, mütəxəssis dediklərini təkzib etdi: “Heyətimizin kasad olmasını hər kəs bilir. Bir balaca başqa problemlərimiz də var”.
Necə də Məşəd İbadın dediyi sözlər yerinə düşür: “Mən özüm “Tarixi-Nadir” kitabını yarıya qədər oxumuşam, amma sənin dilini anlamıram”. Elə biz də AZAL-ın baş məşqçisinin dilini başa düşmədik. Bəs siz necə?
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?