Ölkə futbolu
“Neftçi” üçün həlledilməz problem
“Bakcell Arena”da final fiti səslənir və elə həmin an…
“Bakcell Arena”da final fiti səslənir və elə həmin an meydana 3-4 uşaq daxil olur. Həmişə eyni adamlar, həmişə eyni yerdən qazona daxil olur və həmişə də forma “dilənirlər”.
Bu, “Neftçi”nin hər oyununda belədi. VİP-loja ilə üzbəüz sektordan hasarları aşan azyaşlılar heç nə olmayıbmış kimi futbolçulara yaxınlaşır və yalnız bundan sonra mühafizə xidməti onları stadiondan kənarlaşdırmaq üçün qovub tutmağa çalışır. Stadionda 100-ə yaxın polis, mühafizə xidmətinin əməkdaşı olsa da, klub heç vaxt bu balacaların öhdəsindən gələ bilmir. Polislər daha çox rəhbərliyin, fəxri qonaqların qarovulunu çəkdiyindən digər sektorlar nəzarətsiz qalır.
Bilmirəm, bəlkə də bu mənzərə “Neftçi” rəhbərliyinə xoşdu. Amma yəqin ki, hasarı aşarkən biri yıxılıb ayağını sındıranda və ya forma istəmək üçün futbolçulara yaxınlaşan uşaqlar hansısa nalayiq hərəkət edəndə, bəlkə də əsəbi olan futbolçudan sillə yeyib qanıqaraçılıq salanda paytaxt klubu rəsmilərinin gözü açılacaq. Hələ ki, davam edir. Hər oyundan sonra eyni mənzərə, eyni biabırçılıq…
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar