Müsahibə
Armenteros: "Komanda daxilində gərginlik var"
Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində &ld…
Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində “Qarabağ öz meydanında “İnter”i 1:0 hesabı ilə məğlub edib. Oyundan sonra Ağdam təmsilçisinin hücumçusu Samuel Armenteros jurnalistlərin suallarını cavablandırıb:
– Bizim üçün önəmli olan 3 xal qazanmaq idi. Yaxşı formada çempionata davam edirik. Qalib gəldiyimiz üçün şadıq.
– Qarşıdan “Anderlext”lə oyun gəlir. Bu barədə nə deyə bilərsən?
– “Qarabağ”dan əvvəl çıxış etdiyim komandadan (“Villem II”) tanıdığım çoxlu dostlarım var. Onlar gəlib bizə dəstək olacaq. Həmişə “Anderlext”ə qarşı oynamaq istəmişəm, indi də həmin həvəsdəyəm.
– “Qarabağ”dan əvvəl çıxış etdiyim komandadan (“Villem II”) tanıdığım çoxlu dostlarım var. Onlar gəlib bizə dəstək olacaq. Həmişə “Anderlext”ə qarşı oynamaq istəmişəm, indi də həmin həvəsdəyəm.
– Bu matça xüsusi motivasiya olacaqsan?
– Təbii ki, xüsusi motivasiyam olacaq. Amma peşəkar futbolçu kimi oyuna hazırlaşmalıyam. Qarşılaşmanın əhəmiyyətini bilirəm.
– Təbii ki, xüsusi motivasiyam olacaq. Amma peşəkar futbolçu kimi oyuna hazırlaşmalıyam. Qarşılaşmanın əhəmiyyətini bilirəm.
– Artıq bu rəqibə qarşı 1 dəfə oynamısınız. “Anderlext”in zəif və güclü tərəfini bilirsinizmi?
– Məlumat almaq üçün soruşa biləcəyimiz insanlar var. Amma onlar da futbolçudular, mənə nə deyə biləcəklərini anlamıram.
– Məlumat almaq üçün soruşa biləcəyimiz insanlar var. Amma onlar da futbolçudular, mənə nə deyə biləcəklərini anlamıram.
– “Qarabağ” klubundan kimsə “Anderlext”in oyunu barədə sizdən nəsə soruşub?
– Məşqçilər heyəti rəqibi yetərincə araşdıra bilir. Məndən nə isə soruşmaqlarına ehtiyac yoxdu.
– Məşqçilər heyəti rəqibi yetərincə araşdıra bilir. Məndən nə isə soruşmaqlarına ehtiyac yoxdu.
– Necə düşünürsən, Reynaldonu layiqincə əvəz edə biləcəksənmi?
– Hər ikimiz başqa futbolçularıq. Mən Armenterosam, əlimdən gələni edəcəm.
– Hər ikimiz başqa futbolçularıq. Mən Armenterosam, əlimdən gələni edəcəm.
– Vaxtilə “Anderlext”də çıxış etmisən. Oradakı ab-hava necədi?
– Hazırda onlar ölkə çempionatında 1-ci yerdə deyillər. Fikrimcə, hazırda komanda daxilində gərginlik var.
– Hazırda onlar ölkə çempionatında 1-ci yerdə deyillər. Fikrimcə, hazırda komanda daxilində gərginlik var.
ELMAR ABDULLA-ZADƏ
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza