Premyer-liqa
Tərlan Əhmədov əsəbləşdi: "Çalışıram ki, belə adamlara həmişə yerini göstərim"
Bu gün Topaz Premyer Liqasında 15-ci tura yekun vurulub. Futboli…
Bu gün Topaz Premyer Liqasında 15-ci tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki, "Rəvan" doğma meydanda AZAL-la 0:0 bərabərə qalıb.
"Bayıl Arena"dakı oyundan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Tərlan Əhmədov heç-heçəni belə şərh edib:
“Son pillədə qərarlaşan komandalar mübarizə apardılar. Bizim medallara iddiamız artıq yoxdur. İndi mümkün qədər çox xal toplamalıyıq. Futbolçulardan hücum futbolu tələb etmişdim, oyunçulardan razıyam. Oyunun gedişində edilən məcburi əvəzləmələr də işimizin məzmununa böyük təsir göstərmədi. Səfərdə qazanılan 1 xal da qızıla bərabərdir. Meydançada nə baş verirsə, bu, futbolçular arasında olur. “Sumqayıt”la oyunda rəqibin baş məşqçisi mənim futbolçuma qarşı təhqiramiz söz işlətdi. Bu gün isə “Rəvan”ın məşqçisi Toğrulun futbolçum Tagimin üstünə qışqırması məni özümdən çıxardı. Çalışıram ki, belə adamlara həmişə yerini göstərim”.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar