Bizi izləyin

Ölkə futbolu

Milyon dollara başa gələn boşboğazlıq

2010-cu ildə İsveçrənin “Sion” klubundan “…

blank
2010-cu ildə İsveçrənin “Sion” klubundan “Neftçi”yə transfer olunmuş və 2012-ci ilin qış fasiləsi dövründə komandanın düşərgəsindən ayrılan Emil Mpenza barəsində FİFA-nın çıxardığı qərar qüvvədə saxlanıldı.
Futbolinfo.az xəbər verir ki, Mpenzanın klubun düşərgəsini özbaşına tərk etməsini əsas gətirərək, 2012-ci il fevralın 21-də futbolçu ilə imzalanmış müqaviləyə Bakı təmsilçisi tərəfindən birtərəfli qaydada xitam verilmişdi. Həmin ilin 13 martında isə “Neftçi” tərəfindən FİFA qarşısında futbolçunun klubu tərk etməsi ilə bağlı rəsmi iddia qaldırılmışdır. Belçikalı futbolçu da da öz növbəsində FİFA qarşısında əks iddia qaldıraraq, "ağ-qaralar"dan təzminat tələb etmişdi.
3 il müddətində davam etmiş araşdırmaların nəticəsi olaraq 21.01.2015-ci il tarixində FİFA futbolçunun şikayətinə baxaraq, onun xeyrinə qərar çıxarmışdı. Bu qərarla əlaqədar olaraq, cari ilin 15 iyununda “Neftçi” Mpenza məsələsi barəsində İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya müraciəti ünvanlamış, 3 ay davam edən araşdırmalardan sonra FİFA 21.01.2015-ci il tarixdə futbolçunun xeyrinə çıxardığı qərarı qüvvədə saxlamışdı.
Nəticədə “Neftçi” Mpenzaya təqribən bir milyon dollar təzminatı ödəməlidi. Artıq FİFA da, CAS da buna qərar verib və bakılıların başqa yolu yoxdu. İndi FİFA-nın təyin edəcəyi müddət ərzində “Neftçi” mütləq öhdəliyi yerinə yetirməli və Mpenzaya çatacaq pulu ödəməlidi.
“Neftçi”nin indiki rəhbərliyi faktiki bu cəzadan qaçmaq üçün hər şey etdi. Sabiqlərdən vitse-prezident Tahir Süleymanovun da səylərinə baxmayaraq, Mpenzanın haqlı olmadığını sübut etmək olmadı. Çünki ortada böyük səhvə yol verən birisi var idi.
Əldə etdiyimiz bilgiyə görə, futbolçu kimi “Neftçi”yə heç bir xeyri dəyməyən Emil paytaxt klubundan problemsiz ayrılmağa hazır imiş. O zaman Süleymanov onunla razılaşıbmış və kiçik məbləğ qarşılığında Mpenza müqaviləyə xitam verməyə hazır imiş. Həlledici anda işə qarışan baş məşqçi Böyükağa Hacıyev bunun qarşısını alıb. Neft pullarını dağıtmaqla məşğul olan prezident Sadıq Sadıqov isə qanuna söykənənlərə yox, Hacıyevə dəstək verib. Beləliklə, “Neftçi”nin indiki rəhbərliyinə bir milyon dollarlıq miras qoyub. 
 
Məlumunuz olsun ki, Mpenzanın yola salınmasına mane olan Böyükağa bəy sonradan özü onu qovmuşdu. O, bu addımı atarkən ağlı səsini çıxarmayan yerli futbolçulara gedib və ola bilsin ki, Sadıq bəyin əzələ gücünə arxayın olub. Amma qanunun şah olduğu yerlərdə belə hərəkətlər bağışlanmır. İndi Hacıyev pulun zibil kimi olduğu vaxtlarda layiq olmadan altına yığdığı milyonları xərcləyərkən “Neftçi” onun və “dədə”si Sadıq Sadıqovun səhlənkarlığının acısını çəkir.
İş ondadı ki, hətta bu özbaşınalıqdan sonra da vəziyyəti dəyişmək və cərimənin məbləğini xeyli azaltmaq olardı. Amma Hacıyevin adət etdiyimiz boşboğazlığı Mpenzanın vəkilinin əlində əsas olub. Onun və neft pullarını dağıtmaqda məşhur olan Sadıq Sadıqovun hesaba almadığı mətbuat bu məsələdə həlledici rol oynayıb. Böyükağa bəyin verdiyi müsahibələrdə işlətdiyi “Mpenzanı mən qovmuşam" cümləsi “Neftçi”nin bir milyon dollar ziyana düşməsi üçün kifayət edib.
Onsuz da, illərdi “Neftçi”ni məhv edən, neft pulları ilə futbolu yox, bütün qohum-əqrəbasının “infrastruktur”unu inkişaf etdirən Sadıq Sadıqovun bu səhvi klubun hazırkı rəhbərliyini də çətin vəziyyətdə qoyub. 20-30 milyonluq büdcəni hər il ancaq transferlərə yönəldən, oradan öz faizini götürən sabiqlər klubun sabahı naminə heç bir iş görməyib. “Neftçi”nin dünən ortaya çıxan digər klublardan fərqli olaraq, nə bazası var, nə stadionu, nə də klub adlanması üçün nəsə başqa bir şeyi. Bu azmış kimi, indiki rəhbərlik məhdud büdcə ilə həm nəticə qazanmalı, həm baza tikməli, həm gənc nəsil yetişdirməli, həm də Sadıqovla Hacıyevin günahı üzündən yaranan borcları, cərimələri ödəməlidi.
Mütləq şəkildə maliyyə yeyintisinə, onun düzgün xərclənməməsinə görə məsuliyyətə cəlb olunması gərəkən Sadıqov indi başqa vəzifədə eyni işiylə məşğuldu. Hacıyev də hərdənbir müsahibə verib boş-boş danışır, varlığını göstərmək istəyir, hətta uğurlarından dəm vurub, təzə vəzifə də istəyir. Viran qoyub getdikləri “Neftçi”nin rəsmiləri isə yenicə tikintisinə başladıqları bazanı necə ərsəyə gətirəcəkləri haqda düşünür. Axı, üç meydançası olması nəzərdə tutulan bazanın tikintisinə sərf olunacaq pulun bir milyonu indi kiminsə boşboğazlığı üzündən cərimələrə sərf olunmalıdı. Həmin cərimə klubun güclənməsi işinə də ciddi əngəl olacaq. Yeni əcnəbi baş məşqçi, kluba vacib olan hüçumçu, dayaq yarımmüdafiəçisi və mərkəz müdafiəçisindən hansısa məhz bu cərimə üzündən “Neftçi”yə qovuşmayacaq. Belədə uğursuz nəticələrdən sonra Sadıqov yenə hansısa azarkeş dəstəsini pulla indiki rəhbərliyi istefaya səsləməyə göndərəcək.
Kluba dəyən maddi ziyan öz yerində, görək bir milyon dollara nələr etmək olmazdı?
 
•  Bu məbləğ AZAL, “Xəzər Lənkəran”, “Rəvan” kimi klubların az qala 2 illik büdcəsidi
•  Bu pula yüzlərlə gənc, yeniyetmə futbolçunun illik xərcləri qarşılanardı
•  1 milyon dollarla Flavinyo, Reynaldo, Almeyda kimi 2-3 ulduzu komandada bir il saxlamaq olardı
•  Cəriməyə xərclənəcək vəsaitə, bu pulun SOCAR-dan gəldiyini nəzərə alsaq, həyatını qəzada itirən neftçilərin ailələrinə 15 min manat yox, bunun 3 misli ödənilə bilərdi
Bu faktlar böyük cinayət edən Sadıq Sadıqovun, Böyükağa Hacıyevin məsuliyyətə cəlb olunması, onların dindirilməsi üçün kifayət deyilmi? Lütfən, kiminsə xətrinə onlara dəyilmir, deyə bilmərəm, heç olmasa, onların ağzına elə bir möhür vurun ki, yeni boşboğazlıqlarla daha böyük problemlərə səbəbkar olmasınlar.
CAVAD
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-24 01:27

“Yuventus” finalda!

blank
Dünya futbolu2024-04-24 01:11

“Çelsi” “Arsenal”a biabırçı hesabla uduzdu

blank
Digər idman növləri2024-04-24 00:15

Azərbaycan çempionatına start verildi

blank
Dünya futbolu2024-04-23 23:51

“Beşiktaş” yarımfinalın ilk görüşündə qol vura bilmədi

blank
Digər idman növləri2024-04-23 22:07

Dünya Güləş Birliyi Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqlədi

blank
Milli komanda2024-04-23 21:51

Millimiz Belarus yığmasına böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-04-23 21:19

Musiala üçün daha bir müştəri

blank
Premyer-liqa2024-04-23 20:54

“Sabah” – “Səbail” oyununa xüsusi diqqət: Hədiyyələr olacaq

blank
Dünya futbolu2024-04-23 20:35

Bellingemin ən doğru addımı

blank
Digər idman növləri2024-04-23 19:38

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Ölkə futbolu2024-04-23 19:19

“Göygöl”, “Şahdağ Qusar” və “Füzuli”dən qələbə

blank
Dünya futbolu2024-04-23 19:01

“Liverpul”un futbolçusu iki həftəlik sıradan çıxıb

blank
Ölkə futbolu2024-04-23 18:44

“Fürsət düşsə, Rumıniyaya qayıdardım” – “Neftçi”nin futbolçusu

blank
Milli komanda2024-04-23 18:26

Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-23 18:09

“Qarabağ”ın uğurlarına sevinirəm, amma “Neftçi” mənə daha əzizdir” – VİDEO

blank
Digər idman növləri2024-04-23 17:52

Samboçular Göygöldə hazırlaşır

blank
Dünya futbolu2024-04-23 17:35

“Barselona” və “Bayern”i istəmədi, klubu ilə yeni müqavilə bağladı

blank
Ölkə futbolu2024-04-23 17:18

Yarımfinal oyunlarının təyinatları açıqlandı

blank
Digər idman növləri2024-04-23 17:01

AGF rəhbərliyi memorandum imzaladı

blank
Digər idman növləri2024-04-23 16:44

Bellingemə mükafatı Alkaras verdi

blank
Milli komanda2024-04-23 16:30

Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”

blank
Milli komanda2024-04-23 16:16

Millimiz Belarusda beynəlxalq turnirə qatılacaq

blank
Dünya futbolu2024-04-23 16:00

Varelanı Münhendə gözləyirlər

blank
Dünya futbolu2024-04-23 15:43

“Barselona” Arauxonu satmağa məcburdur

blank
Dünya futbolu2024-04-23 15:25

Modriç Madriddə qalır

blank
Dünya futbolu2024-04-23 15:08

AÇ-2024-ün oyunlarını idarə edəcək hakimlər bəlli oldu

blank
Digər idman növləri2024-04-23 14:52

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq

blank
Ölkə futbolu2024-04-23 14:38

Bakıda UEFA fitnes məşqçilik kursunun 1-ci modulu başlayıb

blank
Digər idman növləri2024-04-23 14:20

Meydançaya 1000-dən çox kepka atıldı

blank
Digər idman növləri2024-04-23 14:02

“Medison Skver Qarden” ən sevimli arena seçildi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm