Ölkə futbolu
"Qarabağ"ın toplanış planı: yenə eyni məkanda
“Qarabağ”ın qış təlim-məşq toplanışının Tü…
“Qarabağ”ın qış təlim-məşq toplanışının Türkiyədə keçirəcəyi ilə bağlı yazmışdıq. Futbolinfo.az xəbər verir ki, Ağdam təmsilçisininin hazırlığı harada keçəcəyi və məskunlaşacağı yer də artıq bəllidi.
Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovdan aldığımız məlumata görə, komandanın qış təlim-məşq toplanışı gələn il 5-24 yanvar tarixləri arasında Türkiyənin Antalya şəhərində keçirəcək. Komanda toplanış müddətində Bələk bölgəsindəki “İC Santai” otelində məskunlaşacaq.
Qeyd edək ki, "atlılar" ötən mövsüm qış toplanışını da bu məkanda keçirmişdi.