Premyer-liqa
Kərimov: “Onları sevindirməliyik”
“Komandamız möhkəm birlik üzərində qurulub. Baş m…
“Komandamız möhkəm birlik üzərində qurulub. Baş məşqçimiz yaxşı kollektiv formalaşdırıb. Yumruq kimi birləşmişik və eyni hədəfə vururuq”. Futbolinfo.az xəbər verir ki, Futbolinfo.az xəbər verir ki, bu sözlər “Kəpəz”in müdafiəçisi Azad Kərimova məxsusdur.
Klubun rəsmi saytına açıqlama verən futbolçu son oyunlar “sarı-göylər”in qələbə qazana bilməməsinə toxunub: “Futbol kollektiv və zəncirvari oyundur, bir futbolçu yaxşı oynamayanda ansambl pozulur. Bizdə hər şey normaldır, yeganə çatışmayan cəhətimiz qol vura bilməməyimizdir. Deyim ki, imkanlarımız olmur, düz çıxmaz. Hər oyun 4-5 real qol epizodu yaradırıq, amma istifadə edə bilmirik. Qol vura bilsək, nəticələrimiz yaxşılaşacaq”.
Topaz Premyer Liqasında qış fasiləsinin yaranmasına iki tur qalıb. Bu mənada “Kəpəz”i qarşıda “Xəzər Lənkəran”la səfər, “Neftçi” ilə ev oyunu gözləyir: “İnşallah, hər iki matçda uğur qazanmaq əsas məqsədimizdir. Maksimum nəticə ilə oyunları başa vursaq, hesabımıza 6 xal yazacağıq. Bu da turnir cədvəlindəki yerimizə təsirsiz ötüşməyəcək. Bilirik ki, azarkeşlərimiz də bizdən qələbə gözləyir. Onlar istənilən hava şəraitində, ev və səfər oyunlarında bizi lazımınca dəstəkləyirlər. Fanatları sevindirməliyik”.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq