Premyer-liqa
"Kəpəz"lə oyunu buraxa bilər
Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində &ld…
Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində “Xəzər Lənkəran” evdə “Kəpəz”i qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, cənublular oyuna hazırlıqlarına bu gündən başlayacaq.
“Ağ-yaşıllar”ın heyətində cəmi 1 itki var. Belə ki, müdafiəçi İlyas Səfərzadə zədəlidi. Onun gəncəlilərlə oyunda iştirakı sual altındadı.
Qeyd edək ki, sözügedən matç ayın 17-i, saat 14:00-da, Lənkəran şəhər stadionunda keçiriləcək.