Premyer-liqa
AZAL xaricə uça bilməyəcək
Topaz Premyer Liqasında qış fasiləsinə az qalıb. Bütün…
Topaz Premyer Liqasında qış fasiləsinə az qalıb. Bütün klublar kimi AZAL da artıq təlim-məşq toplanışının planlarını qurur. Futbolinfo.az xəbər verir ki, “təyyarəçilər” hazırlıqlarını ölkə xaricində deyil, Bakıda keçəcək.
Yanvarın 5-də Bakıda start götürəcək toplanış, həmin ayın 22-23-nə kimi davam edəcək. Hazırlıq müddətində 4 yoxlama oyunu nəzərdə tutulub. Rəqiblərin kimliyinə isə hələ aydınlıq gəlməyib.
Bu müddətdə baş məşqçi Tərlan Əhmədov komandaya təxminən 2-3 futbolçu cəlb edəcək. Əsasən, hücum xəttinə oyunçu axtarılacaq. Bu oyunçunun legioner və ya yerli olacağı bilinmir. Həmçinin, birinci divizionda çıxış edəcək 1-2 futbolçu ilə də razılaşma əldə oluna bilər.
Qeyd edək ki, digər Premyer Liqa klubları – “Qarabağ”, “Neftçi”, “Qəbələ” və “İnter”in ölkə xaricində təlim-məşq toplanışı keçəcəyi bəllidi.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza