Ölkə futbolu
"Xəzər Lənkəran"dan daha bir şikayət
Maliyyə problemləri mübarizə aparan “Xəzər Lənkəran&…
Maliyyə problemləri mübarizə aparan “Xəzər Lənkəran”a daha bir zərbə polşalı qapıçı Pavel Kapsadan gəlib. Futbolinfo.az xəbər verir ki, 35 yaşlı çərçivə qoruyucusu Cənub klubundan FİFA-ya şikayət edib.
Yayda Lənkəran təmsilçisinə transfer olunan və sonradan FİFA-nın transfer qadağası səbəbindən “ağ-yaşıllar”ı tərk edən Kapsa komandada olduğu 2 ayın maaşını almaq üçün bu yola əl atıb.
“Qafqazinfo”ya danışan qolkiper bildirib ki, klubla danışıb pulunu almaq istəsə də, buna nail ola bilməyib. Belə də ancaq ali futbol qurumuna müraciət etmək məcburiyyətində qalıb: “Hazırda Polşadayam. Burada birinci divizion komandasında məşq edirəm. “Xəzər Lənkəran”ın mənə 2 aylıq borcu var. Onu almaq istəsəm də, heç nəyə nail olmadım. Belə də FİFA-ya müraciət etdim. Ali futbol qurumuna şikayət məktubu yazmışam. Hazırda onlardan cavab gözləyirəm”.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…