Premyer-liqa
Rəşad Sadıqov: “İstirahət barədə düşünmürük”
Bu gün Topaz Premyer Liqasında 17-ci turun oyunları keçi…
Bu gün Topaz Premyer Liqasında 17-ci turun oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, "Qarabağ" öz meydanında "Sumqayıt"la 2:2 bərabərə qalıb.
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionundakı (“Azərsun Arena”) matçdan sonra jurnalistlərə açıqlama verən ev sahibi komandanın kapitanı Rəşad Sadıqov heç-heçəni belə şərh edib:
“Gözəl və baxımlı futbol oldu. Yaxşı oyun nümayiş etdirdik. Sürətli hücumlar təşkil etdik. Çoxlu qol epizodlarımız olsa da, dəyərləndirə bilmədik. Bu, futboldu, Futbolda da belə hallar olur. Şükürlər olsun ki, məğlub olmadıq".
Təcrübəli müdafiəçi istirahət barədə düşünmədiklərini də sözlərinə əlavə edib: "Hazırda sıx qrafiklə oynayırıq. Deməli, bütün komandalara istirahət lazımdır. Ancaq biz istirahət barədə düşünmürük. 3 gün sonra "Qəbələ" ilə matçı fikirləşirik".