Ölkə futbolu
Biz deyən kimi oldu: CBC geri addım atır
Topaz Premyer Liqasının, adınca I divizionun, eləcə də milli kom…
Topaz Premyer Liqasının, adınca I divizionun, eləcə də milli komandaların oyunlarının yayım hüququnu ələ keçirən CBC faktiki olaraq, futbolsevərləri ekran qarşısından qaçaq saldı. Çünki sözügedən televiziyanın yeni layihəsi, yəni oyunları yayımlayan "CBC Sport"un ancaq HD formatda faliyyət göstərməsi problemləri də bərabərində gətirdi.
Azarkeşlər, futbol ictimaiyyəti bu barədə iradlarını hər vasitə ilə kanal rəhbərliyinə çatdırsa da, onlar "yolumuzdan dönmərik” deyərək, tamaşaçıların arzusunu gözündə qoydular. Onlar açıqlamalarında qəti şəkildə qeyd etmişdilər ki, reklam əməkdaşlığı etdikləri şirkətlərin də tələblərini nəzərə alaraq, SD formatda yayıma icazə verməyəcəklər.
Hesab edirəm ki, HD və SD formatın fərqliliyindən uzun-uzadı bəhs etməyə ehtiyac yoxdu. Çünki bir müddət əvvəl bu barədə geniş yazılarımız olub.
Lakin görünür, kanalın "baxımsız" qalması CBC rəhbərliyini fikirindən daşındırıb. Kanal ötən gün məlumat yayaraq, HD ilə yanaşı, SD yayıma da keçəcəklərini bildirib. Bu barədə "CBC Sport"un rəsmi "Facebook" səhifəsindən açıqlama yayılıb: "Əziz dostlar, xəbər vermişdik ki, Azərbaycanın müxtəlif rayonlarında "CBC Sport" kanalı SD formatda yayıma başlayacaq. Yaxın günlərdən Gəncə, Lerik, Şirvan, Quba, Ağsu, Zaqatala, Ağstafa, Şəki və Qəbələdə yerüstü sərbəst açıq yayımla kanalımızı izləyə biləcəksiniz".
Yuxarıdakı açıqlamadan da görünür ki, SD formatda yayım peyk vasitəsilə deyil, el arasında "domaşnyaya antenna" da deyilən yerli ötürücü stansiyalar vasitəsilə həyata keçiriləcək və hələlik bəzi bölgələri əhatə edəcək, get-gedə genişlənəcək.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…