Premyer-liqa
Qriqorçuk: seriyaların adamı
Dünən “Zirə” səfərində də məğlub olan “…
Dünən “Zirə” səfərində də məğlub olan “Qəbələ”nin uğursuzluq seriyası davam edir. “Qırmızı-qaralar” son 8 turda cəmi 1 qələbə qazanıb. Yeganə qalibiyyəti FİFA-nın məlum qərarından sonra heyətinə yeni futbolçu qata bilməyib, məcburiyyətdən gənclərə güvənən “Xəzər Lənkəran” üzərində ələ olunub.
Bu gedişlə əyalət təmsilçisinin baş məşqçisi Roman Qriqorçuk kluba yeni gəldiyi günləri xatırladır. Yadınızıdadısa, ukraynalı mütəxəssis ölkəmizdə çalışdığı ilk vaxtlarda da uğursuz seriyalarla yadda qalmışdı. Ötən mövsüm qış fasiləsindən sonra komandanın başına keçən çalışdırıcı 2-ci dövrənin ilk turunda qalib gəlsə də, sonradan ardıcıl 3 görüşdə xalsız qalmışdı.
Ümumiyyətlə, Qriqorçukun “Qəbələ”sini "seriya komandası" adlandırmaq olar. Çünki Roman İosifoviçin yetirmələri ardıcıl uğrusuzluqlardan sonra 2 mövsümə sığan 15 görüşlük məğlubiyyətsiz seriya yaxaladı. Bölgə klubu hətta ilk 8 matçda ümumiyyətlə, rəqiblərinə heç xal da bağışlamadı.
Budur, tarix təkrar olunur: Qriqroçuklu “Qəbələ” yenidən uğursuz oyunlar seriyasına start verib. Növbəti tur da lider “Qarabağ”ın qonağı olacaq "qırmızı-qaralar"ın bu seriyaya son qoyacağı gözlənilən deyil. Qalır 2-ci dövrəni və “Qəbələ”nin qələbə seriyasını gözləmək…