Ölkə futbolu
"Qəbələ" Roman Qriqorçukla müqaviləni yenilədi
“Qəbələ” baş məşqçisi Roman Qriqorçukl…
“Qəbələ” baş məşqçisi Roman Qriqorçukla müqavilə müddətini uzadıb. Futbolinfo.az xəbər verir ki, ukraynalı mütəxəssislə yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub.
Əvvəlki müqaviləsi 2015-2016-cı illər mövsümünün sonunda başa çatan 50 yaşlı çalışdırıcı daha bir il “qırmızı-qaralar”a rəhbərlik edəcək. Onunla yeni anlaşma 2017-ci ilin iyun ayında, 2016-2017 mövsümünün sonunda başa çatacaq.
Xatırladaq ki, “Qəbələ” 2015-ci ilin əvvəlindən komandanın baş məşqçisi olan Qriqorçukun rəhbərliyi altında 2014-2015 mövsümündə Premyer Liqasının bürünc mükafatını qazanıb, 2015-2016 mövsümümdə UEFA Avropa Liqasında qrup mərhələsinədək irəliləyib.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…