Premyer-liqa
Yunis Hüseynov: "Bizə 15 yeni futbolçu lazımdı"
Bu gün Topaz Premyer Liqasında 18-ci tura yekun vurulub və koma…
Bu gün Topaz Premyer Liqasında 18-ci tura yekun vurulub və komandalar qış fasiləsinə yollanıb. Futbolinfo.az xəbər verir ki, "İnter" doğma meydanda "Xəzər Lənkəran"ı 2:0 hesabı ilə üstələyib.
"İnter Arena"dakı matçdan sonra "CBC Sport"a açıqlama verən qonaq komandanın baş məşqçisi Yunis Hüseynov maraqlı məqamlara toxunub. Təcrübəli çalışdırıcı komandaya ən azı 15 yeni futbolçu lazım olduğunu deyib:
"İnter"i qələbə münasibətilə təbrik edirəm. Oyuna gəldikdə isə zəif çıxış etdik. Bildiyiniz kimi, bizdə oyunçu qıtlığı var və futbolçularımız yox səviyyəsindədi. Gördüyünüz kimi, dünən əvəzedici heyətdə 90 dəqiqə çıxış edən Yusifi (Yusif Həsənov) bu gün də əsas komanda ilə oyuna buraxmışdıq. Qış fasiləsində rəhbərliklə bu barədə danışacağıq. Mənə elə gəlir ki, qadağa götürüləndən sonra komandaya oyunçu cəlb edəcəklər. Hesab edirəm ki, bizə ən azı 15 yeni futbolçu lazımdı".
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…