Premyer-liqa
"Xəzər Lənkəran"lıların divizion hazırlığı
Ötən gün Topaz Premyer Liqasında 18-ci tura yekun vurulub …
Ötən gün Topaz Premyer Liqasında 18-ci tura yekun vurulub və komandalar qış fasiləsinə yollanıb. Futbolinfo.az xəbər verir ki, səfərdə "İnter"ə 2:0 hesabı ilə uduzan "Xəzər Lənkəran" da sınıq-sallaq şəkildə istirahətə üz tutub.
"İnter Arena"dakı matçda qonaq komandanın azarkeşləri sevimlilərini acınacaqlı duruma salan klub rəhbərliyi – prezident Mais Mənsimov və vitse-prezident Tuyqun Nadirovla bağlı etiraz pankartı açmaqla yanaşı, bir sıra diqqətçəkən şüarlar da səsləndiriblər. Fanatların həmin şüarından belə nəticəyə gəldik ki, onlar fasiləyə qədər ancaq 12 xal toplayıb, 10 komanda arasında 9-cu pillədə qərar tutan Lənkəran təmsilçisindən əllərini üzüblər. Azarkeşlər "Divizion, divizion, biz gəlirik, divizion" deyərək, Cənub klubunun Premyer Liqadan 1-ci diviziona yuvarlanacağını gözləyirlər.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”