Ölkə futbolu
"Qəbələ"dən ayrılan futbolçu özünə yeni klub tapdı
“Qəbələ” ilə yenicə yollarını ayıran paraqvaylı y…
“Qəbələ” ilə yenicə yollarını ayıran paraqvaylı yarımmüdafiəçi Derlis Meza Kolli özünə yeni komanda tapıb. Futbolinfo.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ölkəsinin güclülər dəstəsində çıxış edən “Korre Porteno”ya keçmək üzrədi.
Futbolçu bu barədə yerli mətbuata açıqlama verib: “Sezar Fariasla danışdım. “Serro Porteno” klubunun formasını geyə bilərəm. Ölkə xaricində 7 il çıxış etdim. Artıq geri dönməyin vaxtıdır. Belə böyük klubda oynamaq da şərəfdir. Fikrimcə, arzularım reallaşdı”.
Qeyd edək ki, Meza Kolli cari mövsümün əvvəlindən "Qəbələ"də çıxış edirdi.