Ölkə futbolu
"Neftçi"də Abdullayev dönəmi bitdi
…Yox, söhbət Çingiz Abdullayevdən getmir. Müşahi…
…Yox, söhbət Çingiz Abdullayevdən getmir. Müşahidə Şurasının sədri işindədi və sabah qurumun növbəti iclasına rəhbərlik edəcək.
“Neftçi”də dönəmi bitən Abdullayevsə Əsgər bəydi. Müşahidə Şurasının üzvü olan çalışdırıcı qısamüddətli baş məşqçilik karyerasından sonra yenidən öz postuna qayıdır və şuranın iclasında özü də xələfinin müəyyənləşdirildiyi müzakirələrdə iştirak edəcək.
Samir Əliyevi qışa qədər əvəz edən və komandanın özünə gəlməsində, turnir cədvəlində irəliləməsində rol oynayan Əsgər bəy AZAL-a ev məğlubiyyətindən və “Kəpəz”lə səfər heç-heçəsindən sonra postunu laxlatmışdı. Sonucda rəhbərlik sözünün üstündə durmalı oldu və “Neftçi” tezliklə yeni baş məşqçisinə qovuşacaq.
Əcnəbi çalışdırıcı axtaran “Neftçi” bir neçə mütəxəssislə danışıqlar aparıb. Həm ölkə xaricində, həm də Bakıda bir çox mütəxəssislə görüşən iicraçı direktor Elnur Məmmədovun namizədləri Müşahidə Şurasının iclasında müzakirə olunacaq və yekun qərar veriləcək.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib