Ölkə futbolu
Əmirquliyev kimləri "Qarabağ"dan "qovacaq?"
Rahid Əmirquliyevin “Qarabağ”da qazanacağı məbləğ d…
Rahid Əmirquliyevin “Qarabağ”da qazanacağı məbləğ dəqiqləşib. Tərəflər açıqlamasa da, bizdə olan məlumata görə, futbolçu hər ay büdcəsini 35 min dollar zənginləşdirəcək.
2,5 illik müqaviləyə imza atan yarımmüdafiəçiyə “Neftçi” də maraq göstərirdi. Ancaq bakılılar futbolçuya ild 6 ayda 15 min dollar maaş təklif edib. Məbləğ yayda artırılmalı imiş. Təbii ki, böyük fərq, üstəgəl, “Xəzər Lənkəran”ın kapitanı kimi əzəli rəqibin düşərgəsinə keçmək riski onun Ağdam klubunun lehinə seçim etməsində rol oynayıb.
Maraqlıdı ki, “Qəbələ” Rahidə daha çox maaş vəd edibmiş. Danışıqlar prosesinin ilk mərhələsində az maaş təklif edən əyalət klubu sonda hətta “Qarabağ”ın verdiyindən də xeyli artıq qiymətə razılaşıb. Ancaq Əmirquliyev həm paytaxtda oynamaq şansını qaçırmaq istəməyib, həm də qəbələlilərin danışıq manerasını bəyənmədiyindən bu addımı atıb.
Rahidin gəlişindən sonra “Qarabağ”da dayaq yarımmüdafiəçisi bolluğu da yaranıb. Qara Qarayev və Riçard Almeydadan vaz keçməyəcəyi aydın olan Qurban Qurbanov Vüqar Mustafayev və Coşqun Diniyevdən birini icarəyə verməlidi. Yaş limiti olmasaydı, onlardan hər ikisinin yaya kimi başqa komandada oynadılması mümkün idi, ancaq indiki halda onlardan birinin göndəriləcəyi dəqiqdi. Çox güman ki, ya Coşqun “Kəpəz”ə – atası Şahin Diniyevin yanına 6 aylıq icarəyə göndəriləcək, ya da Vüqar müvəqqəti olaraq digər klublardan birinə veriləcək. Markos Madeyra Miçelin isə yola salınacağı dəqiqdi.
FƏRİD
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Müsahibə2024-04-16 08:00
Atanqana döyülməsini təkzib edir: “Komanda yoldaşlarımla aramızda heç bir problem yaşanmayıb”