Ölkə futbolu
Gəncə hadisəsi "Neftçi"ni hərəkətə keçirdi – FOTO
UEFA-nın klub yarışlarında iştirak etmək üçün A…
UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan futbol klublarının lisenziyalaşdırma üzrə qaydalarına əsasən azarkeşlərlə əlaqələndirici şəxs, təhlükəsizlik xidmətinin rəisi və mühafizəçilərlə “Oyunlar zamanı arzuolunmaz hadisələrin qarşısını almaq məqsədilə” mövzusunda əməkdaşlıq etmək üçün görüş keçirilib. Futbolinfo.az xəbər verir ki, "Neftçi"nin inzibati binasında baş tutmuş və klub rəsmilərinin iştirak etdiyi görüşdə aşağıdakı məsələlərlə bağlı müzakirələr aparılıb:
1. Ev oyunları zamanı “Neftçi” fanklublarının və azarkeşlərin yerləşdirilməsi və təhlükəsizliyi.
2. Ev oyunları zamanı qonaq komandanın azarkeşlərinin yerləşdirilməsi və təhlükəsizliyi.
3. Ev oyunları zamanı oyunun başlama və bitmə vaxtlarında turniketlərdə sıxlığa nəzarət edilməsi.
4. Ev oyunları zamanı matçın sonunda meydançaya digər şəxslərin daxil olması.
5. Səfər oyunları zamanı azarkeşlərimizin təhlükəsizliyinin təmin olunması.

Qeyd edək ki, Topaz Premyer Liqasının ötən – 18-ci turunda Gəncədə "Kəpəz"in qonağı olan "Neftçi"nin azarkeşlərinə rəqib fanatlar hücum çəkmişdi. Görünür, paytaxt klubu bu səbəbdən səfər oyunları zamanı azarkeşlərinin təhlükəsizliyinin təmin olunması məsələsini (5-ci bənd) müzakirəyə çıxarıb.