Bizi izləyin

Ölkə futbolu

AFFA nümayəndəsi: “Premyer Liqa klublarına cəza tətbiq edilməlidi”

AFFA-nın Premyer Liqa klublarına payladığı lisenziyaların qeyri-…

blank
AFFA-nın Premyer Liqa klublarına payladığı lisenziyaların qeyri-qanuni olması ətrafında sular tədricən durulur. Bu mövzuda 2 yazı dərc etmişdik və ardının gələcəyini vəd etmişdik.
 
Söhbət lisenziyanın B meyarlarından gedir. Bura ilk növbədə medianın normal fəaliyyəti üçün stadionlarda şəraitin yaradılmasından gedir. Bu dəfə bir çox oyunlarda AFFA nümayəndəsi kimi iştirak edən Namiq Məstanovla problem ətrafında müzakirə apardıq.
 
– Media otağının olmaması, media-tribunada elekrtik şəbəkəsinin olmaması, internetlə təchiz olunmaması nəyə görə AFFA nümayəndələrinin matçın protokolundakı qeydlərində öz əksini tapmır?
– Tək bu deyil, dopinq yoxlanışı otağı, hakimlər otağının internet və faksla təmin olunması da B meyarlı tələblərdi ki, əksər klublarda bunlara da riayət olunmur. Biz A meyarlarına diqqət yetiririk. Bura təcili yardım və yanğınsöndürən maşınların, ot örtüyünün nörmal vəziyyətdə olması kimi tələblər daxildi. Həmin tələblərə riayət olunmadıqda, ixtiyarımız var ki, oyunun başlamasına icazə verməyək.
 
– Biz demirik ki, start fitinin səslənməsini əngəlləyin. Sadəcə, KİV üçün şəraitsizlikdən danışırıq. Bunu oyunun protokolunda yazmırsınız, nəticədə də bu klublara qarşı heç bir ölçü götürülmür.
– Əvvəla onu deyim ki, bu klublara iştiraketmə hüququ verən lisenziyalar paylanıb. Bu isə o deməkdi ki, onlar bütün meyarlara cavab verirlər. Bəli, əsas “A” meyarları götürülür. Amma “B” meyarlarına cavab verilmirsə, lisenziyalaşdırma qrupu həmin klublara vaxt verməlidi ki, bu problem aradan qaldırılsın. Həmin vaxt keçdikdən sonra isə yoxlama aparıb, vəziyyətin nə yerdə olduğunu öyrənməlidilər. Məsələ həllini tapmayıbsa, müvafiq cəza tətbiq edilməlidi.
 
– Namiq müəllim, bütün bunları mövzuyla bağlı növbəti yazımızda araşdıracağıq. Hələliksə, nəyə görə matçın protokolunda bu çatışmazlıqlar barədə qeyd aparmamağınızı bilmək istəyirik…
– Bütün qeyd etdikləriniz məqamları ora bir-bir yazmaq üçün yer çatmaz. Çünki həmin qrafa çox kiçikdi. Amma adını çəkdiyiniz stadionlarda olarkən, protokolda “B” meyarlarına cavab vermədikləri barədə qeydlərimi aparmışam. Bundan sonrasına AFFA nümayəndəsi cavabdehlik daşımır.
 
Mövzunu davam etdimək üçün AFFA-nın Texniki-İdman şöbəsinin rəisi Zamiq Hüseynovla əlaqə saxladıq. Hüseynov iradlarımızın tamamilə haqlı olduğunu etiraf etsə də, bu məsələyə görə birbaşa məsuliyyət daşımadığını diqqətimizə çatdırdı.
 
– Doğrudu, Gəncə stadionunun qəbul edilməsində mən də iştirak etmişəm. Ancaq gəlin məsələyə başqa cür yanaşaq. Bu şəhərdə cəmi 1 stadion var. Nə etmək olar? Şərait yoxdu, hələlik mövcud durumla razılaşmalı oluruq. Biz də buna görə güzəştə getdik.
 
– “B” meyarlarına hakimlər otağının internet və faksla təmin olunması, dopinq otağının olması kimi tələblər daxildi. Bunu qoyduq kənara. Çünki medianın normal fəaliyyəti üçün bu tələblərə riayət olunmamasının heç bir maneçiliyi yoxdu. KİV-in yerinə siz necə güzəşt edə bilərsiniz? Bir KİV təmsilçisi kimi bu güzəşti biz edə bilərik. Amma etməyəcəyik!
– Əlbəttə, bu, sizin hüququnuzdu. Amma belədə, hansı tədbiri görə bilərik? Yeni komandalardı, müəyyən güzəştlər etmək lazımdı. Gələn mövsümədək çatışmazlıqları aradan qaldırarlar.
 
– Razılaşa bilmirəm. Çünki hər il neçə-neçə komanda fəaliyyətini dondurur, onların yerinə başqaları gəlir. Götürək elə “Zirə”ni. Təminat verə bilərsiniz ki, bu klub gələn il də yaşayacaq? Və ən əsası, bütün tələblərə cavab verməyən klubun Premyer Liqada nə işi? Oynasınlar 1-ci divizionda, nə vaxt tələblərə cavab verərlər, onda da oynayarlar…
– Bunu tələb etmək əlbəttə ki, sizin hüququnuzdu. Ancaq bir daha təkrar edirəm ki, bu, birbaşa mənə aid olan məsələ deyil.
 
CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-05 01:35

“Real” 36-cı çempionluğunu rəsmiləşdirdi

blank
Dünya futbolu2024-05-05 01:22

“Monako”dan darmadağın

blank
Dünya futbolu2024-05-05 01:04

“İnter”i məğlub edən tapıldı

blank
Dünya futbolu2024-05-05 00:45

“Ştutqart” “Bayern”ı məğlub yola saldı

blank
Digər idman növləri2024-05-05 00:23

Azərbaycan cüdoçularından Göygol Avropa Kubokunun ilk günündə 10 medal

blank
Dünya futbolu2024-05-05 00:05

Liderlərdən darmadağın

blank
Dünya futbolu2024-05-04 23:38

Şahruddinin komandasından səfər qələbəsi

blank
Premyer-liqa2024-05-04 23:05

“Neftçi”yə qarşı hamı istəkli oynayır” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-05-04 22:58

“Səhvlərimiz kifayət qədər çox idi” – Bojoviç

blank
Ölkə futbolu2024-05-04 22:43

“Qarabağ” Bəhlulla yeni müqavilə bağladı

blank
Premyer-liqa2024-05-04 22:10

“Qarabağ”dan “Neftçi”yə 5 cavabsız qol – VİDEO

blank
Premyer-liqa2024-05-04 21:21

“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu

blank
Dünya futbolu2024-05-04 21:00

Rahil Məmmədovun komandası yenə uduzdu

blank
Premyer-liqa2024-05-04 19:52

“Kəpəz”lə “Sumqayıt”ın heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2024-05-04 19:10

Adil Şükürov: “Vəziyyəti bu həddə “Sumqayıt” tərəfi çatdırdı” – VİDEO

blank
Premyer-liqa2024-05-04 18:59

Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO

blank
Premyer-liqa2024-05-04 18:23

“Kəpəz”dən “Sumqayıt”la əzmkar heç-heçə

blank
Digər idman növləri2024-05-04 17:42

Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb

blank
Digər idman növləri2024-05-04 17:20

Azərbaycan birinciliyinin qalibi müəyyənləşdi

blank
Digər idman növləri2024-05-04 17:01

Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazandı

blank
Digər idman növləri2024-05-04 16:47

Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb

blank
Digər idman növləri2024-05-04 16:34

Azərbaycan birinciliyinin mükafatçıları müəyyənləşib

blank
Ölkə futbolu2024-05-04 16:18

Yunanov bu gün mükafat alacaq

blank
Digər idman növləri2024-05-04 16:00

Bakıdakı Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

blank
Milli komanda2024-05-04 15:39

Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu

blank
Digər idman növləri2024-05-04 15:20

“Bakı Marafonu-2024”ə görə bəzi küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq

blank
Ölkə futbolu2024-05-04 14:46

“Kəpəz”də 4 itki

blank
Ölkə futbolu2024-05-04 14:03

“Kəpəz”in elitada qalması yeni imkanlar yaradacaq” – Millət vəkili

blank
Digər idman növləri2024-05-04 13:22

Millimizdən Avropa kubokunda bürünc medal

blank
Dünya futbolu2024-05-04 12:36

Renat Dadaşovun komandasında yeni baş məşqçi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm