Bizi izləyin

Müsahibə

"Adımızı Qəbələ futbol tarixinə qızıl hərflərlə yazdırmaq istəyirik"

“Qəbələ”nin əvəzedici heyətinin baş məşqçi…

blank
“Qəbələ”nin əvəzedici heyətinin baş məşqçisi Ramin Quliyev “Qəbələ İK” qəzetinə müsahibə verib. Futbolinfo.az sizi həmin mətnlə tanış edir:
“Çox pis olmuşdum…”
– Çempionatın ilk 2 dövrəsi əvəzedicilərimiz üçün necə keçdi? Komandamızın çıxışını necə qiymətləndirirsiz?
– Hesab edirəm ki, hər iki dövrədə yaxşı çıxış etdik. Çempionata pis başlasaq da, toparlanıb, istədiyimiz yerlərə qalxa bildik. Uğursuz başlanğıcı isə komandamızın təzə formalaşması ilə əlaqələndirirdim. Vaxta ehtiyacımız var idi. Futbolçularımız xarakter göstərdilər. Belə vəziyyət futbolda nadir hallarda olur. Lakin komandam bunun öhdəsindən layiqincə gəldi.
– Mövsümün əvvəlində hətta sonuncu pilləyə ensəniz də, sonradan ardıcıl qələbələrlə 1-ci sıraya qalxdınız. Hamıya maraqlıdır: yetirmələrinizi bu durumdan necə çıxardınız? Onlara nə dediniz, necə etdiniz ki, turnir cədvəlində mövqeyiniz 180 dərəcə dəyişdi?
– Onlara özünəinam hissini qaytarmaq lazım idi. Bunun üçün ardıcıl 2-3 qələbə qazanmaq tələb olunurdu. Bir neçə oyunda qalib gəldikdən sonra kollektivdə ruh yüksəkliyi yarandı və nəticədə sürətlə zirvəyə doğru irəlilədik.
– “Qəbələ”nin əsas komandasında məşqçi kimi qısamüddətli fəaliyyətinizi hesaba almasaq, əvəzedicilərdə baş məşqçi postu sizin indiyədək ən məsuliyyətli vəzifəniz sayılır. Yeni ampluada, yeni işdə əsas çətinlikləriniz nədən ibarət idi?
– Bu gun “Qəbələ” həm infrastrukturuna, həm peşəkar futbol komandasına, həm də uşaq futboluna görə Azərbaycanda ən öndə gedən klublardan biridir. Belə bir klubda çox məsuliyyətli vəzifəni daşıdığımı dərk edirəm. O ki qaldı çətinliklərə, düzü, bir o qədər də çətinliyim olmadı. Axı, hazırda əvəzedici heyətdə forma geyinən futbolçuların çoxu ilə hələ “Qəbələ” Futbol Akademiyasında işləyərkən tanış idim.
– Çempionatda hansı komandaları özünüzə əsas rəqib görürsünüz? Əgər sualı başqa cür qoysaq, “Qəbələ”nin çempionluğuna kim maneçilik törədə bilər?
– Hazırda birinci pillədə qərarlaşdığımızdan, rəqiblərimiz liderə qarşı mübarizə aparırlar. Onlar üçün bundan yaxşı motivasiya ola bilməz. Ona görə də hər komanda çempionluğa aparan yolda “Qəbələ”yə böyük maneələr törətmək istəyindədir. Turnir cədvəlinə nəzər saldıqda komandalar arasında xal fərqinin çox olmadığını görürük. Bu isə o deməkdir ki, ilk “6-lıq”dakı bütün kollektivlər əsas rəqiblərimizdir.
“Heç kimi komandadan göndərməyəcəyik”
– “Qəbələ”nin əvəzedici heyətində sizi qane edən və əksinə, narazı qaldığınız cəhətlər hansılardır?
– Əslində, ilk turlarda da komanda pis təsir bağışlamırdı. Sadəcə, qol vəziyyətlərini dəyərləndirə bilmirdik. Bu bizi çox narahat edirdi. Sonradan hər şey qaydasına düşdü. Real qol epizodlarının əksəriyyətini reallaşdırmağımızın nəticəsidir ki, yarışın ən sərrast futbolçusu məhz bizim komandamızın üzvüdür. Yetirmələrimin xarakterli olması məni çox sevindirir.
– Adətən qış fasiləsi ərəfəsində hər bir məşqçinin “qara siyahı”sı olur ki, orada heyətdən göndəriləcək futbolçuların adları qeyd edilir. Siz necə, yollarınızı ayıracağınız futbolçuları müəyyələşdirmisiniz?
– Bu cür uşaqlarla heç bir “qara siyahı”dan söhbət gedə bilməz. Kollektivimiz nizam-intizamlı və mehriban uşaqlardan təşkil olunub. Yalnız bir halda komandamızdan futbolçu gedə bilər – meydançaya az çıxması kimisə qane etməzsə, başqa kluba yollana bilər. Bu da təbii haldır. Hamının fikrinə hörmətlə yanaşıram. Bir daha vurğulayıram ki, heç bir futbolçu heyətdən çıxarılmayacaq.
– Bəs hansı mövqeləri gücləndirmək istəyərdiniz?
– İndi istənilən mövqedə rəqabət var. Əgər perspektivli, nizam-intizamlı oyunçu diqqətimizi cəlb edərsə, onu heyətə qata bilərik. Belə oyunçuya məşqçinin həmişə ehtiyacı var.
– Qışda “Qəbələ” Futbol Akademiyasından heyətdə yeni futbolçular görə biləcəyikmi?
– Akademiyamızdan 4 futbolçunun adını iştirak ərizəsinə salmışam. Bunlar Rövlan Muradov, Amin Seydiyev, Hacıağa Hacılı və Baxşəli Baxşəliyevdir. Ola bilər ki, komandamızda akademiya yetirmələrinin sayı 1-2 nəfər də artsın.
– Sizin başlıca məqsədiniz əsas komanda üçün ehtiyat qüvvəyetişdirməkdir. Kimləri əsas komandaya namizəd sayırsınız?
– Artıq mütəmadi olaraq, oyunçularımız əsas komandanın məşqlərinə qoşulurlar, fəal şəkildə çalışmaları yerinə yetirirlər. Bundan başqa, baş məşqçi Roman Qriqorçuk çempionat matçlarında futbolçularımızın çıxışını izləyir, qeydlərini aparır. Mənə elə gəlir ki, yaxın zamanlarda çempionat və kubok qarşılaşmalarında əsas heyətdə əvəzedicilərdən kimlərisə görəcəyik.
“Çalışacağıq ki, adımızı Qəbələ futbol tarixinə qızıl hərflərlə yazdıraq"
– Qış təlim-məşq toplanışını harada və necə keçirmək fi krindəsiniz?
– Dövrələrarası fasilədə öncə bir həftə Qəbələdə hazırlaşacağıq. Daha sonra təlim-məşq toplanışını davam etdirmək və yoldaşlıq görüşləri keçirmək məqsədilə 10 günlüyə Antalyaya yollanacağıq.
– “Qəbələ”nin əvəzedicilərinin Azərbaycan çempionatında ilk dəfə çempion titulu qazanmaq şansı nə dərəcədə realdır?
– Sözsüz ki, bunu çox istəyirik. Ancaq futbolda hər şey ola bilər. Əlimizdən gələn hər şeyi edəcəyik ki, adımızı Qəbələ futbol tarixinə qızıl hərflərlə yazdıraq.
– Məşqçiliklə bağlı hansı şəxsi planlarınız var? Yəqin ki, nəzəri biliyinizi artırmaq, daha yüksək kateqoriyalı məşqçilik lisenziyası almaq niyyətindəsiniz?
– Bildiyiniz kimi, A kateqoriyali lisenziyanı 1 il öncə almışam. 2017-ci ildə isə məşqçilikdə ən yüksək dərəcə sayılan “Pro” kateqoriyalı lisenziya kurslarına qatılacağam.
Reklam

Reklam


blank
Digər idman növləri2024-05-17 13:04

Azərbaycan milliləri Qızıl Avropa Liqasında mübarizəyə başlayır

blank
Digər idman növləri2024-05-17 12:49

Azərbaycanın iki boksçusu Macarıstandakı turnirdə finala yüksəlib

blank
Dünya futbolu2024-05-17 12:35

Bolonyada çempionluq paradı olacaq

blank
Digər idman növləri2024-05-17 12:21

Ardıcıl iki “Masters”də finalçılar eyni oldu

blank
Milli komanda2024-05-17 12:04

Azərbaycan millisinin səbəti müəyyənləşdi

blank
Digər idman növləri2024-05-17 11:47

Çempiona yaraşmayan məğlubiyyət

blank
AÇ-20242024-05-17 11:30

Fransa millisinin AÇ-2024 üçün heyəti açıqlandı

blank
Ölkə futbolu2024-05-17 11:12

Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”

blank
Dünya futbolu2024-05-17 10:58

2027-ci ildə dünya çempionatı Braziliyada olacaq

blank
Premyer-liqa2024-05-17 10:41

“Qarabağ” “Turan Tovuz”a qarşı

blank
Ölkə futbolu2024-05-17 10:32

Rövşən Nəcəf UEFA prezidenti ilə görüşdü

blank
Ölkə futbolu2024-05-17 10:17

“Səbail”in 5 illik həsrəti

blank
Digər2024-05-17 10:00

MİSLİ ilə qazan!

blank
Ölkə futbolu2024-05-17 09:41

AEK klublarımızın potensial rəqibləri sırasında

blank
Dünya futbolu2024-05-17 09:24

Musanın komandasından darmadağın

blank
Ölkə futbolu2024-05-17 09:07

“Azərbaycanlı futbolçuların Türkiyədə oynamaları yaxşı haldır”

blank
Dünya futbolu2024-05-17 08:49

Təbriz klubu İran kubokunda mübarizəni dayandırdı

blank
Digər idman növləri2024-05-17 08:32

Azərbaycan fudokançıları Avropa çempionatında iştirak edəcək

blank
Dünya futbolu2024-05-17 08:15

“İnter”in əfsanəsi “Spartak”ın baş məşqçisi təyin olundu

blank
I Liqa2024-05-17 08:00

“Şamaxı”… Qayıdır axı…

blank
Dünya futbolu2024-05-17 02:03

“Barselona”dan inamlı qələbə

blank
Dünya futbolu2024-05-17 00:25

Şeydayevin komandası Super Liqaya vəsiqə şansını itirdi

blank
Digər idman növləri2024-05-17 00:07

Azərbaycan yığması Avropa çempionatının qalibi oldu

blank
Dünya futbolu2024-05-16 23:31

İsgəndərlinin komandası Türkiyə Super Liqasına vəsiqə qazana bilmədi

blank
Digər idman növləri2024-05-16 22:18

Final seriyasının ilk oyununda darmadağın

blank
Digər idman növləri2024-05-16 21:51

Serbiya Gimnastika Federasiyasının prezidenti Bakıda “ustad dərsi” keçib

blank
Ölkə futbolu2024-05-16 21:11

“Sabah” Abşerondan 52 uşaq seçdi

blank
Digər idman növləri2024-05-16 20:19

Ferstappen ən çox qazanan 20 idmançı sırasına düşdü

blank
Dünya futbolu2024-05-16 20:00

Finaldan əvvəl Lenni Kravits çıxış edəcək

blank
I Liqa2024-05-16 19:39

Çempionun adına son turda aydınlıq gələcək

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm