Bizi izləyin

Müsahibə

Tuyqun Nadirov: "Hər şeyə orada aydınlıq gələcək"

“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov Kl…

blank
“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov Klublar Komitəsinin bu gün baş tutan iclasından sonra jurnalistlərin suallarını cavablandırıb:
– Namizədliyinizi niyə əvvəldən geri götürdünüz?
– İlin yekun iclası olmasına baxmyaraq, bu gün də gündəlikdə bir neçə məsələ var idi. Seçkilərdən əlavə 5 məsələ müzakirəyə çıxarılmışdı. Hətta bəziləri ilə bağlı yekun qərarlar da oldu. Bu məsələlərində qüvvəyə minməsi üçün İcraiyyə Komitəsinin növbəti iclasında gündəliyə çıxarılacaq. İndiyədək Klublar Komitəsi tərəfindən müzakirələrin hamısı qəbul olunu və qanuni qüvvəyə mini. Fikrimcə, bu gün danışılan məsələlərə də İK-nın iclasında baxılacaq. Topaz Premyer Liqasında meydana çıxan futbolçuların yaş məsələsinin növbəti il də davam etməsi üçün məsələ müzakirəyə çıxarılmışdı. Hazırda uğurlu çıxış edən futbolçulara şans yaradılsın. O ki, qaldı tutduğum postdan getməyə, bu, mənim şəxsi təşəbbüsümlə atılmış addımdı. Komitədə təmsil olunanlar hamısı hörmətli şəxslərdi və fikirlərində də müstəqil adamlardılar. Necə ki, əvvəl mənə etimad göstərilmişdi, bu gün də eyni şəkildə Fikrət Hüseynov rəhbər seçildi. Bu gün təklif etdim ki, növbəti iclasları mətbuata açıq şəkildə keçirilsin. 
– Siz Fikrət Hüseynova səs vermişdiniz, ya Fariz Nəcəfova?
– Fikrət Hüseynov. Çünki oradakı klub rəhbərlərinin içində onunla 10 ildən çoxdu ki, münasibətimiz var. Onu ciddi və peşəkar birisi kimi tanıyıram. Bundan öncəki müddətdə biz AFFA və PFL arasında dialoq qura bildik. Düşünrəm ki, gələcəkdə də futbolumuzun inkişafı naminə bu davam etdiriləcək. 
– “Xəzər Lənkəran”ın hədəfinin ölkə kubokunu qazanıb, Avropa Liqasına vəsiqə əldə etməkdi. Heyətin güclənməsi üçün rəhbərlik qış fasiləsində yeni transferlər üçün büdcə ayıracaqmı?
– Baş məşqçiyə rəhbərlik tərəfindən bütün şərait yaradılacaq. Məşqçi heyəti ona ayrılmış büdcəyə uyğun transferlər edib, üçüncü dövrəyə hazırlaşacaq. Hansı formatda fəaliyyət göstərəcəyimizi yanvarın ilk günlərindən biləcəksiniz. Klub prezidentinin də iştirakı ilə toplantımız olacaq və hər şeyə orada aydınlıq gələcək.

 
– Sözlərinizdən belə başa düşdük ki, komanda ikinci yarıda daha iddialı olacaq…
– “Xəzər Lənkəran” həmişə iddialıdı. İlk yarıda bildiyiniz kimi, transferlər də etdik. Milli komandanın oyunçuları cəlb olundu. Amma sonradan müəyyən problemlər ortaya çıxdı. Desəm ki, devalvasiyanın bizə təsiri olmayıb, yalan olar. Klubun işçilərinin hamısı manatla maaş alır. Bu, tək “Xəzər Lənkəran”ın problemi deyil. Məni vitse-prezident kimi bu dəqiqə yalnız klubun yaşaması maraqlandırır. Komandanın çempion olması, kuboku qazanması mənim üçün ikinci dərəcədədi. Biz “Xəzər Lənkəran”ın gələcəyini, uğurlu çıxışını təmin etməliyik.

 
– Sadio Tounkaranın FİFA-ya şikayət edəcəyi bildirilir. Komandaya yenidən sanksiya tətbiq edilməsindən narahat deyilsiniz?
– Tounkara niyə şikayət etməlidi? Onunla qarşılıqlı razılıqla müqaviləyə xitam verilib. Son dönəmdə ayrılan futbolçuların hamısı ilə müqavilə qarşılıqlı anlaşma ilə pozulub. Belə vəziyyətdə hansı şikayətdən söhbət gedə bilər? Hazırda 1-2 futbolçu ilə bağlı problemimiz var. Ümumiyyətlə, “Xəzər Lənkəran”ın fəaliyyət göstərdiyi 11 il ərzindəki ümumi borcu 800 min – 1 milyonu keçmir. Ancaq FİFA tərəfindən çıxarılan qərarlar əsasında ödənişlər var. Onlar vaxtlı-vaxtında ödənilməlidi. Bu, müzakirə mövzusu deyil. Biz çalışırıq “Xəzər Lənkəran”a qarşıda təhlükə olmasın.

 
– Eder Bonfim və Alfred Sankoya olan borclar bu ilin sonuna qədər ödənilməli idi…
– Biz bu futbolçularla müqaviləni qarşılıqlı razılıqla pozmadığımız üçün münasibətlərimizə FİFA-da aydınlıq gətirməyə başladıq. Təəssüf ki, işə baxan hakim FİFPRO-nun sədridi. O da futbolçuların tərəfini tutur. Biz də müvafiq orqanlara şikayət etdik ki, bu məsələlərə ədalətli baxılsın. Elə futbolçu var ki, 200 minlik iddia qaldırmışdı. Sanko ilə bağlı isə FİFA bizim xeyrimizə qərar çıxarmışdı. Biz onu uduzmadıq. Sanko 200 minlik iddia etmişdi, FİFA onu 19 minə saldı. Bizim verəcəyimiz də elə 19 min idi. Biz Renato Moreyra, Eder Bonfim və Qalin İvanova görə bizim məsuliyyətimiz var. Bu 3 futbolçuya görə müəyyən vaxt qoyulub, ödənişlər də, inşallah, olacaq. “Xəzər Lənkəran” yaranan gündən onun transfer işinə baş məşqçi və onun heyəti baxıb. Con Toşak və Mustafa Dənizlinin dönəmində xeyli sayda oyunçu gəlmişdi. Futbolçu ilə baş məşqçinin arasındakı məsələlərə rəhbərlik qarışmır. 30-a yaxın oyunçu ilə vidalaşmışıqsa və ondan 3-4-ü ilə aramızda mübahisə yaranıbsa, bu, normal haldı. Təbii ki, o legionerləri gətirməsəydik, heç bir mübahisə yaranmayacaqdı.

 
– Hazırkı futbolçulara borcunuz varmı?
– Hazırda komandada olan futbolçuların noyabr ayı üçün maaşları ödənilib. Yollarımızı ayırdığımız futbolçularla da qarşılıqlı şəkildə anlaşmışıq. Hazırda heç kimə borcumuz yoxdu, bununla bağlı qol çəkilmiş sənəd var. Maaşda 1-2 aya yaxın gecikmələr olur. Gecikmələr sentyabrdan sonra yaranmağa başlayıb. Əsas odu ki, maaşlar ödənilir.

 
– Rahid Əmirquliyev və digər oyunçular 9 aydı maaş almadıqlarını deyiblər. Bu nə dərəcədə doğrudu?
– Rahid heç vaxt belə deyə bilməz. Rahid ağıllı-başlı futbolçudu. Həm onunla, həm də digərləri ilə qarşılıqlı şəkildə müqaviləyə xitam verilib. Heç birinə borcumuz yoxdu. Bunu sübut etməyə də hazıram. Çağırın Rahidi mətbuat konfransına, o heç vaxt deməz ki, “Xəzər Lənkəran”ın ona borcu qalıb. Üstəlik, Əmirquliyev o kateqoriyada insan da deyil ki, yalandan nəsə desin. Onun 17 yaşında komandaya gəlişində birbaşa iştirak etmişəm. “Xəzər Lənkəran”ın uğurlarında onun çox böyük rolu olub. Gənc futbolçuların yetişməsinə töhfə verib. Bu komandanı yığmada yüksək səviyyədə təmsil edib, onunla qürur duymuşuq. Hətta klub prezidentinin tapşırığı ilə Rahidin nömrəsi əbədiləşdirilib. Bu da Azərbaycanda bir ilkdi, örnəkdi.

 
– Gələcək hədəflərlə bağlı ehtiyatlı danışdınız. Bunun səbəbi nədi?
– Bilirsiniz, bir neçə format var. Bu məsələdə seçimi baş məşqçi və prezident seçəcək. Klub 10 legionerlə oynayacaq, yoxsa yerlilərlə davam edəcək? Bunlara prezident və baş məşqçi qərar verəcək. Yanvarın ilk günlərində bunlara aydınlıq gələcək.
Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-30 19:33

AFFA və UEFA-nın keçirdiyi turnirə yekun vuruldu

blank
Digər idman növləri2024-04-30 19:10

“Prezident Kuboku” reqatasının rəsmi paradı keçirilib

blank
Ölkə futbolu2024-04-30 18:51

“Füzuli”dən “Şahdağ Qusar”la məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-30 18:27

Şəhriyar Məmmədyarov reytinqdə gerilədi, Teymur Rəcəbov yüksəldi

blank
Dünya futbolu2024-04-30 18:00

İngiltərə çempionatında yeni rekord

blank
Digər idman növləri2024-04-30 17:38

Azərbaycan birinciliyi keçiriləcək

blank
Dünya futbolu2024-04-30 17:19

“Cenoa” norveçli futbolçunu birdəfəlik alır

blank
Digər idman növləri2024-04-30 17:00

Azərbaycanı Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək

blank
Digər idman növləri2024-04-30 16:40

Formula 1-in konsert proqramında Stinq və Eminem olacaq

blank
Digər idman növləri2024-04-30 16:22

Maykl Cordan basketbolçular tərəfindən də dahi sayıldı

blank
Digər idman növləri2024-04-30 16:05

MBA-nın iki oyunu Parisdə keçiriləcək

blank
Dünya futbolu2024-04-30 15:48

Danimarkalı futbolçu “Milan”ı tərk edir

blank
Ölkə futbolu2024-04-30 15:31

Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib

blank
Milli komanda2024-04-30 15:14

Millimiz Slovakiya yığması ilə yoldaşlıq oyunu keçirəcək

blank
Ölkə futbolu2024-04-30 15:00

Azarkeşlər hakimi döymək istədilər, AFFA cəzalandırdı

blank
I Liqa2024-04-30 14:45

“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza

blank
Digər idman növləri2024-04-30 14:32

Mayamidə “Mersedes” və Ferstappen arasında danışıqlar olacaq

blank
Digər idman növləri2024-04-30 14:17

81 boksçu Gəncədə yarışdı

blank
Dünya futbolu2024-04-30 14:02

Sançodan Bundesliqada yeni rekord

blank
Layihə2024-04-30 13:45

Bölgələrdə voleybolun inkişafı naminə: Gəncə nümunəsi

blank
Dünya futbolu2024-04-30 13:31

Super Liqa klubunda yeni baş məşqçi

blank
Dünya futbolu2024-04-30 13:17

Millimizin üzvündən qol ötürməsi

blank
Digər idman növləri2024-04-30 13:02

Türkiyəli baş məşqçiyə 35 min avroluq cərimə

blank
Ölkə futbolu2024-04-30 12:47

Qəbələdə son nöqtə, “Zirə” üçün “soyuq duş”

blank
Digər idman növləri2024-04-30 12:32

Basketbol Liqasında pley-off oyunları start götürür

blank
Digər idman növləri2024-04-30 12:18

Azərbaycanın şahmatçıları AÇ-də xüsusi mükafata layiq görülüb

blank
Digər idman növləri2024-04-30 12:01

Mingəçevir “Prezident Kuboku”na hazırdır

blank
Dünya futbolu2024-04-30 11:47

Ronaldo “Kruzeyro”nu satdı

blank
Dünya futbolu2024-04-30 11:32

“Real” Kurtuanı türk qapıçı ilə əvəz etmək istəyir

blank
Ölkə futbolu2024-04-30 11:25

“Qarabağ” – “Neftçi” oyununun stadionu dəyişib

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm