Dünya futbolu
Ronaldinyo: "Bir neçə həftə içində qərar verəcəyəm"
"Fluminense"dən ayrıldıqdan sonra klubsuz qalan Braziliya…
"Fluminense"dən ayrıldıqdan sonra klubsuz qalan Braziliyalı ulduz futbolçu Ronaldinyo karyerası ilə bağlı açıqlamalar verib. Futbolinfo.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi qısa zamanda hansı klubda çıxış edəcəyi məsələsinə aydınlıq gələcəyini deyib:
"Xoşbəxt olduğum və fiziki durumum əl verdiyi müddətcə futbol oynamağa davam edəcəyəm. Gələcəyimlə bağlı bir çox ehtimallar var. ABŞ çox cəlbedici fariantdı. Dubay və Braziliya da elədi…Bir az da düşünüb, bir neçə həftə içində qərar verəcəyəm".
Qeyd edək ki, bu ilin iyul ayında "Fluminense"yə transfer olunan Ronaldinyo sentyabrda həmin klubla yollarını ayırmışdı.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…