Ölkə futbolu
Tonkaradan "İnter" açıqlaması
Bakı “İnter”inin bir neçə gün öncə &l…
Bakı “İnter”inin bir neçə gün öncə “Xəzər Lənkəran”dan ayrılan malili yarımmüdafiəçi Sadio Tounkara ilə maraqlandığı deyilir. Futbolinfo.az xəbər verir ki, yeni rəhbərlik gəldikdən sonra işləri yavaş-yavaş qaydasına qoymaq istəyən “bankirlər” afrikalı ilə heyəti gücləndirmək istəyir.
Tərəflər arasında danışqılar olduğu deyilsə də, Tounkara bunu təkzib edib. Təcrübəli oyunçu bildirib ki, sadəcə “İnter”in onu heyətə qatmaq istəməsindən xəbəri var: “Eşitmişəm ki, “İnter” məni transfer etmək istəyir. Amma aramızda heç bir danışıqlar olmayıb. Onlar hətta bizə təklif belə göndərməyiblər”.