Dünya futbolu
"Qalatasaray"ın hücumçusu üçün 8 milyonluq təklif
Çinin "Şanxay Şenhua" "Qalatasaray"ın t?…
Çinin "Şanxay Şenhua" "Qalatasaray"ın təcrübəli futbolçusu Burak Yılmazı heyətinə qatmaq istəyir. Futbolinfo.az xəbər verir ki, Asiya təmsilçisi artıq 30 yaşlı hücumçu üçün üçün Türkiyə nəhənginə təklif də göndərib.
Yerli mətbuatın yazdığına görə, asiyalılar Burak üçün 8 milyon avro təklif edib. İstanbul təmsilçisi forvardı satmaq istəsə də, o bununla razı deyil. Yılmaz Çinə getmək istəmir. Bu səbəbdən da "sarı-qırmızılar" təklifi rədd edəcək.
Qeyd edək ki, Türkiyə millisinin də üzvü olan Burak 2012-ci ildən "Qalatasaray"da çıxış edir.