Ölkə futbolu
Səlahət Ağayevə əvəzləyici tapıldı
Mövsümün ilk yarısını “Xəzər Lənkəran&rdqu…
Mövsümün ilk yarısını “Xəzər Lənkəran”da keçiriən Orxan Sadıqlı iş yerini dəyişməyə çox yaxındı. Futbolinfo.az xəbər verir ki, qapıçı “İnter”lə danışıqlar aparır.
Yayılan məlumatı qolkiper özü də təsdiq edib. Sadıqlı klubdan ona təklif göndərildiyini və yaxın 2 gün ərzində qarşı tərəflə stol arxasında oturlacağını bildirdi. Əlcək sahibi də Rahid Əmirquliyev kimi “Xəzər Lənkəran”dan ona çatacaq pulun müqqabilində transfer vərəqini aldığını bildirib.
Qeyd edək ki, 22 yaşlı əlcək sahibi “İnter”dən ayrılan Səlahət Ağayevi əvəzləyəcək. Bir müddət əvvəl onun “Qarabağ”a keçəcəyi deyilsə də, transfer son anda baş tutmayıb.