Ölkə futbolu
Vüqar Nadirov klub tapdı
Topaz Premyer Liqasında bir neçə gündü ki, yaranan …
Topaz Premyer Liqasında bir neçə gündü ki, yaranan fasilədə adı ən çox hallanan klublardan biri də “İnter”di. Paytaxt təmsilçisinin daha əvvəl 5 futbolçu ilə yollarını ayırdığını xəbər vermişdik.
Göndərilənlərlə yanaşı, bakılılar heyətini gücləndirməyi də düşünür. Artıq bu məqsədlə “Qəbələ”dən ayrılacaq Vüqat Nadirovla danışıqlar aparılır. Hücumçu ilə məsələ hələ ki, açıq olaraq qalır. Tərəflər arasında müəyyən məsələlər razılaşdırılmasa da, Nadirovun “bankirlər”in şərəfini qorumaq ehtimalı böyükdü.
Qeyd edək ki, daha öncə komandanı Abdulla Abastiyev, İvan Benitez, Xuanfran Qarsiya, Stepan Polyak və kapitan Səlahət Ağayev tərk edib.