Bizi izləyin

Ölkə futbolu

"Qəbələ" üçün 2015-ci ilin əsas 11-liyi

Son günlərini yaşadığımız 2015-ci il “Qəbələ&rdquo…

blank
Son günlərini yaşadığımız 2015-ci il “Qəbələ” İdman Klubu üçün kifayət qədər uğurlu alınıb. Təkcə klubun futbolçuları deyil, digər növlərdəki təmsilçiləri də başa çatmaqda olan ildə bir sıra nailiyyətlər qazanıb. “Qırmızı-qaralar” yaşıl meydanlarda ilklərə imza atmaqla azarkeşlərini sevindirib. Klub saytında yer alan məlumatda Qəbələ təmsilçisi üçün 2015-ci ilin ən yaddaqalan 11 məqamı aşağıdakılardı:
"1. “Qəbələ” 10 yaşında
2015-ci il “Qəbələ”nin ilk böyük yubileyi ilə əlamətdar olub. 2005-ci ildə peşəkar klub kimi qeydiyyatdan keçən və Azərbaycan çempionatının I dəstəsinə qatılan “qırmızı-qaralar” yubileyini sentyabrın 1-də qeyd edib. Əslində 20 il əvvəl – 1995-ci ildə “Göy-Göl” adı altında yaradılan klubumuz 2005-ci ildən peşəkar səviyyədə fəaliyyət göstərib. 10 il öncə yalnız futbol bölməsi olan “Qəbələ” artıq İdman Klubu kimi fəaliyyət göstərir.
2. Tarixi uğur
Ardıcıl 2-ci mövsüm qazanılan bürünc medal “Qəbələ”nin UEFA Avropa Liqasına yolunu açıb. 1 il əvvəl yarışı 2 məğlubiyyətlə tərk edən “qırmızı-qaralar” I təsnifat mərhələsində ilkləri gerçəkləşdirib. İyulun 2-də Gürcüstan “Dinamo”su ilə səfər qarşılaşmasında 1:2 hesabı ilə uduzan komandamızın heyətində fərqlənən Cavid Hüseynov avrokuboklar tarixində ilk qolumuzun müəllifi kimi düşüb. İlk qələbə isə bir həftə sonra Qəbələdəki cavab oyununa təsadüf edib. Aleksey Antonovla Asif Məmmədovun cavabsız qolları ilk qələbə və ilk adlanan mərhələ üçün yetərli olub. Avrokuboklarda ikinci dəfə iştirak etməsinə baxmayaraq, “Qəbələ” tarixi uğura imza atıb. 4 mərhələ adlayan ilk Azərbaycan klubu kimi tarixə düşən “qırmızı-qaralar” Avropada 102 komanda arasından buna nail olan iki klubdan biri olub. Norveç “Rusenborq”u kimi 4 təsnifat mərhələsi, o cümlədən pley-offu adlayan Roman Qriqorçukun yetirmələri UEFA Avropa Liqasının əsas raunduna yüksəlib. Bunun üçün komandamız “Dinamo”nun ardından Serbiya “Çukariçki”sini (0:1, 2:0), Kipr “Apollon”u (1:1, 1:0), Yunanıstan “Panatinaikos”unu (0:0, 2:2) mübarizədən kənarlaşdırıb. Sonuncu matçını avqustun 28-də keçirən “Qəbələ” Afinadakı uğuru ilə 5 gün sonra qeyd olunan 10 illik yubileyinə də hədiyyə edib. Sentyabrın 17-də “Qəbələ” avrokubokların əsas mərhələsində debüt edən 3-cü Azərbaycan klubu kimi tarixə düşüb. “Neftçi” və “Qarabağ”ın ardından UEFA Avropa Liqasının qrup mərhələsinə çıxan “qırmızı-qaralar” Yunanıstan PAOK-u ilə “Bakcell Arena”da qarşılaşdı. Ellada təmsilçisi ilə hər iki matçda heç-heçə edən komandamız qrupu bu iki xalla tamamlayıb. Rusiya “Krasnodar”ı (1:2, 0:3) və Almaniya təmsilçisi Dortmund “Borussiya”sı (1:3, 0:4) ilə görüşlərdə xal qazanmayan komandamızın əsas raunddakı hər iki qoluna Dodo imza atıb. Nəticədə 2 heç-heçə və 4 məğlubiyyəti olan “Qəbələ” 2 top vurub, 12-ni buraxaraq, qrupda 4-cü olub.
3. Rekordla gələn ikinci bürünc
2014-2015-ci illər mövsümünə o qədər də uğurlu başlamayan “Qəbələ” baş məşqçi dəyişikliyindən sonra xal hesabını artıraraq mükafatçılar sırasına düşüb. Ardıcıl 8 qələbə qazanıb, tarixinin rekorduna imza atan “qırmızı-qaralar” mövsümü 12 matçlıq məğlubiyyətsiz seriya ilə bitirib. Bunun nəticəsində bürünc medalların taleyinə son turda aydınlıq gətirən “Qəbələ” AZAL-ı 3:0 hesabı ilə məğlub edərək, ardıcıl 2-ci dəfə Topaz Premyer Liqasının 3-cüsü olub. 32 matçda 54 xal qazanan komandamız 2-ci olan “İnter”dən 9 xal geri qalıb və 4-cü olan “Neftçi”ni 5 xal qabaqlayıb. Hesabında 15 qələbə, 9 heç-heçə və 8 məğlubiyyət olan komanda 46 qol vurub, 35-ni buraxıb.  
4. Möhtəşəm yarış, böyük uğur
2015-ci ildə Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi edib. Bakıda keçirilən qitənin möhtəşəm yarışında “Qəbələ” də təmsil olunub. Klubumuzun 17 idmançısı 6 növdə – boks, taekvondo, cüdo, sambo, karate və stend atıcılığında qüvvəsini sınayıb. İdmançılarımız yarışı 5 medalla başa vurub. Karateçi Rafael Ağayev və boksçu Lorenzo Sotomayor qızıl, samboçular Amil Qasımovla Vasif Səfərbəyov gümüş, digər karateçimiz Niyazi Əliyev bürünc  medala sahib çıxıb.
5. Akademiyadan 7 medal
2014-2015 mövsümü təkcə əsas komanda deyil, “Qəbələ” Futbol Akademiyasının yetirmələri üçün də uğurlu olub. AFFA-nın təşkil etdiyi oğlanlar arasında 9 müxtəlif liqada mübarizə aparan komandalarımız 7 mükafat qazanıb. U-17 çempion olub ki, bu yaş qrupunda 3-cü belə uğur əldə edilib. U-12, U-14, U-15 və U-16 mövsümü gümüş, U-19 bürünc mükafatla başa vurub. Qəbələnin UGİM komandası isə ən kiçiklərin U-10 Liqasında hamıdan güclü olub. Yalnız U-11 və U-13 Liqada komandamız mükafatsız qalıb.
6. 6-cı dəfə “beşlik”də
Əvəzedicilərin çempionatında da “Qəbələ” 2014-2015 mövsümünü mükafatın bir addımlığında başa vurub. “Qırmızı-qaralar” 32 oyunda 49 xal toplayaraq, 4-cü pillədə qərarlaşıb. 3-cü olan “Neftçi”dən 7 xal geri qalan komandamız ardıcıl 6-cı dəfə ilk “beşlik”də qərarlaşıb. Əvəzedicilərimiz 2009-2010 və 2010-2011 mövsümlərində gümüş, 2011-2012 və 2013-2014 mövsümlərində bürünc qazanıbsa, 2012-2013 mövsümündə 5-ci olub. Ardıcıl 6-cı dəfə ən yaxşı 5 komanda arasında olduqdan sonra 3 ildir əvəzedicilərin baş məşqçisi olan Luis Araqon postundan ayrılıb. Onu bunadək akademiyamızda çalışan Ramin Quliyev əvəzləyib.
7. Qəbələdə 34 olimpiya lisenziyası
Bu il Qəbələdə Stend və Ox Kompleksində olimpiya atıcılıq növləri üzrə Dünya Kubokunun mərhələ yarışları keçirilib. “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən Dünya Kuboku yarışları gələn il Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyıb. Yarışda 100-ə yaxın ölkədən təxminən 2 min idmançı mübarizə aparıb. 17 növdə 34 lisenziyanın sahibinin müəyyənləşdiyi yarış yüksək səviyyədə təşkil olunması ilə diqqət çəkib.
8. Meksikadan Dünya Kuboku ilə
“Qəbələ” İdman Klubunun idmançısı Məhəmməd Məhəmmədovun da olduğu taekvondo üzrə Azərbaycan yığma komandası Meksikada Dünya Kubokunun qalibi olub. Bu ölkənin paytaxtı Mexikoda belçikalı və özbəkistanlı həmkarlarını qrupda, Koreyanı yarımfinalda məğlub edən millimiz final döyüşündə güclü İran yığması ilə qarşılaşıb. Rəqib üzərində inamlı qələbə qazanan (42:23) Məhəmməd və komanda yoldaşları vətənə planetin ən güclüsü kimi qayıdıb.
9. Rekord, bombardir və qış çempionluğu
2015-2016 mövsümünə uğursuz başlayan “Qəbələ”nin əvəzedici komandası ardıcıl 10 qələbəylə yarışın rekorduna imza atıb. Bu uğurlu seriya ilə liderliyi ələ alan Ramin Quliyevin yetirmələri sonradan qısa müddətə itirdiyi mövqeni ilin son matçında qaytarıb. Bununla da komandamız fasiləyə “qış çempionu” kimi yollanıb. Ehtiram Şahverdiyev isə 12 qolla çempionatın bombardirləri siyahısına başçılıq edir.
10. UEFA kubokunun qalibi “Qəbələ”də
2014-cü ildə rusiyalı ulduz Marat İzmaylovu heyətinə qatan “Qəbələ” 2015-ci ilə də tanınmış oyunçunun transferi ilə başlayıb. “Qırmızı-qaralar” UEFA kubokunun qalibi olmuş Aleksey Qayla güclənib. 2000-2004 və 2006-2013-cü illərdə Ukrayna “Şaxtyor”unda oynamış yarımmüdafiəçi 6 il öncə avrokubokun qalibi olub. Ukrayna yığmasında 29 matçda 1 qol vuran Qay vətənində 6 çempionluq və 7 kubok sevinci də yaşayıb.
11. 2015-ci ilin ən yaxşıları
“Qəbələ” 2015-ci ilin yekunlarına əsasən 4 mükafata layiq görülüb. İdman Araşdırmaları Mərkəzinin apardığı sorğuya əsasən klubumuz "İlin komandası" seçilib. Ukraynalı mütəxəssis Roman Qriqorçuk "İlin məşqçisi", Anar Hacıyev "İlin mətbuat katibi" adına layiq görülüb. Klubumuzun “Qəbələ” İK qəzetinin əməkdaşı Mehman Süleymanov isə xüsusi mükafat – “Həmrəylik kuboku” ilə təltif edilib".
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-23 12:00

Ülviyyə Fətəliyevadan maksimum nəticə

blank
Ölkə futbolu2024-04-23 11:42

Amil yenə oynamayacaq

blank
Ölkə kuboku2024-04-23 11:25

“Qarabağ” – “Neftçi”: Biletlər bu gündən satışda olacaq

blank
Digər idman növləri2024-04-23 11:10

MBA-da seriyalarda fərq artdı

blank
Digər idman növləri2024-04-23 10:52

Cokoviç “Laureus” mükafatına layiq görüldü

blank
Dünya futbolu2024-04-23 10:34

İnzaqi Mourinyonu ötdü, ikisi qaldı

blank
Milli komanda2024-04-23 10:17

U-17-nin ilk oyunu

blank
Digər2024-04-23 10:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-04-23 09:45

Azərbaycan çempionatının qalibi müəyyənləşir

blank
Dünya futbolu2024-04-23 09:30

Gürcüstan ÇL-in finalına ev sahibliyi etmək istəyir

blank
I Liqa2024-04-23 08:52

“Karvan” növbəti oyuna hazırlaşır

blank
Ölkə futbolu2024-04-23 08:35

II Liqada 24-cü turun oyun cədvəli bəlli oldu

blank
Digər idman növləri2024-04-23 08:17

Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər

blank
Ölkə futbolu2024-04-23 08:00

“Səbail” “Sabah”a uduzsa…

blank
Dünya futbolu2024-04-23 01:26

“Sevilya”dan çətin qələbə

blank
Dünya futbolu2024-04-23 01:14

“İnter” – çempion!

blank
Dünya futbolu2024-04-23 00:15

Diniyevlə Şeydayev Türkiyədə qarşılaşdılar

blank
Dünya futbolu2024-04-23 00:04

“Fənərbaxça” “Sivasspor”la matçda xal itirdi

blank
Digər idman növləri2024-04-22 23:13

MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib

blank
Digər idman növləri2024-04-22 23:00

Azərbaycanın üç boksçusu AÇ-də günü qələbə ilə başa vurdu

blank
Digər idman növləri2024-04-22 22:36

AÇ: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

blank
Digər idman növləri2024-04-22 21:43

Azərbaycan komandası dünya birinciliyində çıxışını başa vurub

blank
Digər idman növləri2024-04-22 20:38

“Azərreyl” ölkə çempionu oldu

blank
Ölkə futbolu2024-04-22 20:19

Lider əsas izləyicisini də məğlub etdi

blank
Dünya futbolu2024-04-22 20:00

“Barselona”nın futbolçusu üçün mövsüm başa çatdı

blank
Dünya futbolu2024-04-22 19:39

Daha 2 sabiq futbolçunun adı Premyer Liqanın Şərəf Zalına daxil edildi

blank
Digər idman növləri2024-04-22 19:18

Azərbaycan boksçusu AÇ-də erməni rəqibini məğlub etdi

blank
I Liqa2024-04-22 19:00

I Liqada növbəti 2 turun proqramı açıqlandı

blank
Əvəzedicilər2024-04-22 18:38

“Neftçi”nin əvəzediciləri xal itirdi, “Sabah-2” qələbə qazandı

blank
Dünya futbolu2024-04-22 18:19

“Udineze”də yeni baş məşqçi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm