Ölkə futbolu
"Qarabağ" mənimlə yolları ayırsa, çoxlu pul ödəməli olacaq"
“Qarabağ”ın hollandiyalı hücumçusu Raydel P…
“Qarabağ”ın hollandiyalı hücumçusu Raydel Pupon ölkəsinin mətbuatına açıqlama verib. Futbolinfo.az xəbər verir ki, forvard Ağdam klubundan ayrılması ilə bağlı gəzən söz-söhbətə münasibət bildirib.
O, sözügedən xəbərlərdən şok olduğunu dilə gətirib: “Bu xəbərlərdən şok oldum. Çünki mən “Qarabağ”ın futbolçusuyam. Yanvarın 5-də də komandanın Antalyadakı təlim-məşq toplanışına qatılacam. “Qarabağ” mənimlə yolları ayırmaq istəsə, çoxlu pul ödəməli olacaq”.
Qeyd edək ki, Pupon cari mövsümün əvvəlindən "Qarabağ"da çıxış etsə də, ümidləri doğrultmur.