Dünya futbolu
"Qalatasaray"da daha bir ciddi itki
“Qalatasaray” Burak Yılmaz və Uesli Sneyderdən sonra da…
“Qalatasaray” Burak Yılmaz və Uesli Sneyderdən sonra daha bir ciddi itkiylə üzləşib. Futbolinfo.az xəbər verir ki, Bu, almaniyalı hücumçu Lukas Padolskidir.
30 yaşlı forvard ötən gün “Kayserispor”la keçirilən oyunda zədələnib. Matçın 54-cü dəqiqəsində sol ayağından xəsarət alan Polşa əsilli futbolçu oyunu davam etdirə bilməyib və Sinan Gümüşlə əvəzlənib. Təcrübəlu oyunçunun nə vaxt yaşıl meydanlara qayıdacağı keçirilən tibbi müayinədən sonra bəlli olunacaq.
Qeyd edək ki, Almaniya millisinin üzvi cari mövsümün əvvəlində İngiltərə nəhəngi “Arsenal”dan İstanbul klubuna keçib.