Ölkə futbolu
"Zirə"də Antalya müəmması
Topaz Premyer Liqasında yaranmış qış fasiləsindən sonra istirah…
Topaz Premyer Liqasında yaranmış qış fasiləsindən sonra istirahətə çıxan “Zirə” futbolçularının bir araya gələcəyi vaxt bəlli olub . Futbolinfo.az xəbər verir ki, “qartallar” yanvarın 5-i yığışacaq.
Komanda qeydolunan tarixdən təlim-məşq toplanışına start verəcək. Adil Şükürovun yetirmələri Bakıda toplanacaq. Paytaxt təmsilçisinin ölkə xaricinə çıxıb-çıxmayacağı hələ ki, bilinmir. Toplanışın ilk həsftəsi fiziki yüklənməyə həsr olunacaq. Daha sonra isə "qartallar" nəzərdə tutulan 3 sınaq matçına çıxacaq. “Ağ-mavilər”in hazırlıq müddətində harada qərarlaşacağı dəqiq bilinmədiyindən, rəqiblərinin kim olacağı bəlli deyil.
Qeyd edək ki, “Zirə” mövsümün ilk yarısını 29 xalla 3-cü pillədə başa vurub.