Ölkə futbolu
Ukraynalı futbolçu: "Karyeramı Azərbaycanda davam etdirə bilərəm"
Ukrayna Premyer Liqasında çıxış edən “Aleksandriya&r…
Ukrayna Premyer Liqasında çıxış edən “Aleksandriya”nın yarımmüdafiəçisi Anton Qolenkov karyerasını Azərbaycanda davam etdirə bilər. Futbolinfo.az xəbər verir ki, bu barədə 26 yaşlı futbolçu özü məlumat verib.
Cari mövsümdə “Aleksandriya”nın heyətində 13 dəfə meydana çıxmaış və 1 qolla yanaşı, 2 məhsuldar ötürməylə yadda qalan Qolenkov Ukrayna təmsilçisinin sıralarından ayrılmasını ailə problemləri ilə əlaqələndirib: “Yaxınlarda övladım dünyaya gəlib. Ailəm Krımda yaşayır. Onlara daha çox diqqət ayırmaq istəyirəm. Karyeramı harada davam etdirəcəyimlə bağlı qəti söz deyə bilmirəm. Ola bilər Azərbaycanda, yaxud Qazaxıstanda. Bəlkə də, başqa bir ölkəyə üz tutdum. Hazırda bu məsələylə menecerim məşğul olur”.
Qeyd edək ki, Rusiyanın işğalçı siyasəti nəticəsində Krım Ukraynadan zor gücünə alınıb. Bu üzdən də Qolenkovun ailəsinə müntəzəm baş çəkməsi mürəkkəbləşir.