Dünya futbolu
Anqola yığması "Xəzər Lənkəran"ın günündə
Anqola yığmasının baş məşqçisi Romeu Filemo Milad bayram…
Anqola yığmasının baş məşqçisi Romeu Filemo Milad bayramından sonra işə çıxmadığı üçün yerli federasiya tərəfindən işdən qovulub. Futbolinfo.az xəbər verir ki, mütəxəssis bu qərarla razılaşmır.
Onun sözlərinə görə, artıq 8 aydı ki, maaş üzünə həsrətdi. Eyni zamanda, Filemo bayramdan sonra millinin məşqində olduğunu iddia edib. Onun komandası Afrika Millətlər Kubokuna hazırlaşır.
Maraq üçün bildirək ki, oxşar hal hazırda “Xəzər Lənkəran”da da yaşanır. Belə ki, Cənub təmsilçisində 9 aya yaxındı ki, maaşlar verilmir.