Ölkə futbolu
Kamran Quliyevin bilet bazarlığı
Topaz Premyer Liqasının ikinci yarısına Türkiyədə hazırla?…
Topaz Premyer Liqasının ikinci yarısına Türkiyədə hazırlaşmaq qərarı verən “Sumqayıt” maraqlı addım atıb. “Gənclik şəhəri” təmsilçisinin rəhbərliyi çoxbilmişlik etmək qərarına gəlib.
Hazırkı maliyyə çətinliyi dövründə bir çox klublarımızın vətəndə qalmağa üstünlük verməsi başadüşüləndi. Bir çox komandamızın yaşamaq uğrunda mübarizə apardığı bir vaxtda 40-50 min dollara qənaət etməsi normaldı. İş ondadı ki, “Sumqayıt” rəhbərliyi həm komandanı Antalyaya aparmağı, həm də pul xərcləməməyi planlaşdırır.
Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, prezident Kamran Quliyev Türkiyəyə gedib-qayıtmaq üçün lazım olan yol xərclərini futbolçuların “belinə yükləyib”. Komandanın bütün üzvləri Antalyada toplanış keçmək üçün özünə bilet almalıdı. Klub bununla öz xərclərini azaltmaq niyyətindədi.
Futbolçular durumdan narazı olsa da səslərini çıxara bilmirlər. Ancaq bəzi oyunçular rəhbərliyə etirazını bildirib. Onlar bilet almaq istəmədiklərinin deyib. Kamran Quliyev müxtəlif təzyiq vasitələriylə onları istəyinə tabe etdirmək istəyir. Maaşdan pul tutmaq, cərimələmək, komandadan qovmaq kimi üsullarla hədə-qorxu gələn prezidentin istəyinə çatıb-çatmayacağı tezliklə bəlli olacaq.
Siz klub rəhbərindəki “səriştə”yə baxın! Kül başına, Azərbaycan futbolu, gör sənə kimlər rəhbərlik edir?!