Milli komanda
Yığmamız xal itkisi ilə başladı
FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr …
FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ilk oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, Təbriz Həsənovun yetirmələri Latviyanın U-19 komandası ilə qarşılaşıb.
Peterburqski İdman-Konsert Kompleksində keçirilmiş oyun 1:1 hesabı ilə başa çatıb. Komandamızın yeganə qolunu Pilağa Mehdiyev vurub.
Qeyd edək ki, yığmamız növbəti oyununu yanvarın 6-da, Bakı vaxtı ilə saat 17:30-da Bolqarıstanın U-19 komandasına qarşı keçirəcək.