Milli komanda
Təbriz Həsənov: "Futbolçularımız ilk dəfədir ki, belə turnirdə iştirak edirlər"
FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr …
FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ilk oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, seçməmiz Latviyanın U-19 komandası ilə 1:1 bərabərə qalıb.
Peterburqski İdman-Konsert Kompleksindəki matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən millimizin baş məşqçisi Təbriz Həsənov heç-heçəni belə şərh edib:
“Hər iki komanda qələbə qazana bilərdi. Sonda qol vurmaq üçün həm bizim, həm də rəqibin şansı oldu. Rəqib futbolçular boy üstünlüyündən faydalanırdı. Birinci oyunlarda hər zaman həyəcan, gərginlik olur. Digər tərəfdən, futbolçularımız ilk dəfədir ki, belə turnirdə iştirak edirlər. Növbəti oyunda daha yaxşı çıxış edəcəyik”.