Milli komanda
"Qarşılaşmanın sonunda Azərbaycan yığması…"
FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr …
FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ilk oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, seçməmiz Latviyanın U-19 komandası ilə 1:1 bərabərə qalıb.
Peterburqski İdman-Konsert Kompleksindəki matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən latviyalıların baş məşqçisi Aleksandr Basov heç-heçəni belə şərh edib:
“Turnirdə ilk oyunumuz olduğu üçün komandada müəyyən qədər həyəcan var idi. Düşünürəm ki, bərabər səviyyəli oyun oldu. Lakin qarşılaşmanın sonunda Azərbaycan yığması qələbə qolunu vura bilərdi. Qol buraxmağımızı nəzərə almasaq, ümumilikdə komandamdan razı qaldım”.