Premyer-liqa
"Sumqayıt"ın 2 sınaqçı rəqibi bəllidi
"Sumqayıt" Premyer Liqanın III dövrəsi üç…
"Sumqayıt" Premyer Liqanın III dövrəsi üçün hazırlığa start verir. Futbolinfo.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda yanvarın 5-dən etibarən təlim-məşq toplanışının birinci mərhələsinə start verəcək.
"Kimyaçılar" sabah saat 14:00-da "Kapital Bank Arena"da yeni ildə ilk məşqinə çıxacaq. Komanda hazırlıq mərhələsinin birinci mərhələsində 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Artıq 2 yoxlama oyununun tarixi məlumdur. "Gənclər şəhəri" təmsilçisi yanvarın 9-da saat 11:00-da doğma meydanda "Şərurspor"u qəbul edəcək. Həmin gün saat 16:00-da isə sumqayıtlılar AZAL-la səfərdə qarşılaşacaq.