Dünya futbolu
"Real"da gözlənilən istefa
Madrid “Real”ında nəhayət ki, çoxdan gözlə…
Madrid “Real”ında nəhayət ki, çoxdan gözlənilən məşqçi istefasını reallaşdırıb. Futbolinfoaz xəbər verir ki, paytaxt təmsilçisi çalışdırıcısı Rafael Beniteslə yollarını ayırıb.
Dünən “Valensiya” səfərindən bərabərliklə qayıdan madridlilər ilk pillədəki həmşəhərliləri “Atletiko”dan 4 xal geri düşüb. İspaniya mətbuatının yazdığına görə, “ağ-şimşəklər”i mövsüm sonuna kimi Zinəddin Zidan çalışdıracaq.
Qeyd edək ki, 55 yaşlı ispaniyalı cari mövsümün əvvəlindən Madrid təmsilçisini çalışdırırdı.