Ölkə futbolu
"Qarabağ"dan ayrılıb, Çexiyaya getdi
“Qarabağ”dan ayrılan makedoniyalı müdafiəç…
“Qarabağ”dan ayrılan makedoniyalı müdafiəçi Vladimir Dimitrovski özünə yeni klub tapıb. Futbolinfo.az xəbər verir ki, bu barədə Çexiya mətbuatı məlumat yayıb.
Mənbədə bildirilir ki, 27 yaşlı futbolçu “Tepliçe”lə anlaşıb. Onun Çexiya klubu ilə hansı müddətə razılığa gəldiyi bilinmir.
Qeyd edək ki, Dimitrovski “Qarabağ”a sentyabrda Yunanıstanın “Kerkira” klubundan keçmişdi. O, Ağdam təmsilçisinə qoşulmaq üçün millinin düşərgəsini özbaşına tərk etmiş və yığmadan uzaqlaşdırılmışdı.