Ölkə futbolu
AZAL-ın sınaqçı rəqibləri bəlli olur
Digər komandalarımız kimi qış fasiləsinə yollanan AZAL istirah?…
Digər komandalarımız kimi qış fasiləsinə yollanan AZAL istirahətə son qoyub, bir araya gələcək. Futbolinfo.az xəbər verir ki, “təyyarəçilər” sabahdan mövsümün qalan hissəsinin hazırlıqlarına start verəcək.
Şüvəlanlılar hazırlıq müddətində 6 yoxlama matçı keçirəcək. Artıq rəqiblərdən 3-nün kimliyinə aydınlıq gəlib. Belə ki, Tərlan Əhmədovun komandası ayın 9-da və 13-də “Sumqayıt”la 2 dəfə gücünü sınayacaq. İlk oyun səfərdə, 2-ci matç isə evdə keçiriləcək. Növbəti görüş isə “AZAL Arena”da “Xəzər Lənkəran” qarşı baş tutacaq. Digər 3 görüş isə ayın 19, 21 və 23-də nəzərdə tutulub. Həmin günlərdə oyun keçirməklə bağlı “Kəpəz” və “Rəvan”a dəvət göndəriləcək.
Qeyd edək ki, AZAL mövsümün ilk yarısını 7-ci pillədə başa vurub.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza