Ölkə futbolu
Bakı "İnter"indən növbəti transfer
Topaz Premyer Liqasının ilk yarısını 2-ci pillədə başa vuran &…
Topaz Premyer Liqasının ilk yarısını 2-ci pillədə başa vuran “İnter” heyətini gücləndirməkdə davam edir. Futbolinfo.az xəbər verir ki, hücumçu Vüqar Nadirov və qapıçı Kamran Ağayevlə anlaşan bakılılar daha bir oyunçunu rənglərinə bağlayıb.
Klubun mətbuat katibi Səbuhi Məmmədovdan aldığımız məlumata görə, "bankirlər" 19 yaşlılardan ibarət milli komandanmızın üzvü Qara Qarayevlə münasibətlərini rəsmiləşdirib. Yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, yerli "Əlincə" klubundan "Malaqa"ya üz tutan Qarayev bir neçə ay burada çıxış etdikdən sonra ailə problemlərini əsas gətirərək, İspan təmsilçisi ilə müqavilə imzalamaqdan imtina edərək, Bakıya qayıdıb.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza